Modern.az

Türkiyə sülhməramlılarının Kabildən təxliyəsi davam edir  

Türkiyə sülhməramlılarının Kabildən təxliyəsi davam edir  

Aktual

27 Avqust 2021, 20:48

Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiya həyata keçirən hərbiçilərinin təxliyəsi davam edir.

 

Modern.az xəbər verir ki, avqustun 27-də hərbçiləri daşıyan ikinci təyyarə Ankaranın Esenboğa Beynəlxalq Hava Limanına enib.

 

Türkiyə sülhməramlıları hərbi təyyarə ilə əvvəlcə Kabuldan İslamabada gəliblər. Pakistanın paytaxtından Ankaraya isə onları Türk Hava Yollarının təyyarəsi gətirib.

 

Xatırladaq ki, Türkiyə sülhməramlıların Əfqanıstandan təxliyəsinə avqustun 26-dan başlayıb. Onlar Kabul Hava Limanında təhlükəsizliyi təmin edirdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı