Modern.az

Gürcüstanda yeni dərs ili distant formada başlayır

Gürcüstanda yeni dərs ili distant formada başlayır

Aktual

31 Avqust 2021, 14:15

Gürcüstanda yeni dərs ili distant formada başlayacaq.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın pandemiya ilə mübarizə üzrə Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının sədri Georgi Qibradze deyib.

 

Onun sözlərinə görə, məktəb, universitet və kolleclərdə distant təhsil sentyabrın 15-də başlayacaq və oktyabrın 4-nə qədər davam edəcək.

 

Dövlət və özəl uşaq bağçalarına gəldikdə isə, bu təhsil müəssisələri oktyabrın 4-nə qədər öz fəaliyyətini bərpa etməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı