Modern.az

Rafael Ağayev: “Kompüter arxasında şirə dönürlər”

Rafael Ağayev: “Kompüter arxasında şirə dönürlər”

Current

2 Sentyabr 2021, 13:00

Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən idmançılarımızdan fərqli olaraq, Azərbaycanın paralimpiya komandası Tokioda tarixi nailiyyətlərə imza atmaqdadır.

 

Hazırda komandamızın hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür.

 

Yaponiyanın paytaxtında Azərbaycanın dövlət himnini səsləndirən idmançılarımız barədə hamı qürurla danışır və onlarla fəxr etdiklərini söyləyir. Lakin “Tokio-2020”dən əliboş qayıdan digər təmsilçilərimizin isə anti-rekorda imza atması insanların haqlı olaraq tənqidlərinə tuş gəlir. Sosial şəbəkələrdə bunu açıq şəkildə görmək mümkündür.

 

Tokio Olimpidasında gümüş medal qazan karateçi Rafael Ağayev tənqid olunmalarına münasibət bildirib.

 

Bu barədə Modern.az-a danışan məşhur idmançı səsləndirilən fikirləri normal qarşıladığını söyləyib:

 

“Kompüter arxasında şirə dönürlər. Əlbəttə, haqlı tənqid edə bilərlər, bu normal haldır. Ancaq təhqir olsa, onların cavabı ikiqat verilər. Səsləndirilən fikirləri normal qarşılayıram, hər kəs eyni ola bilməz. Hamı etdiyi hərəkətə, dediyi sözlərə görə Allaha cavab verəcək. Paralimpiyaçılar da bizim övladlarımızdır. Onların uğuru, qazandığı qələbələr hər birimizin uğurudur. Mən şəxsən buna görə sevinirəm və hər birini təbrik edirəm”.

 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı