Modern.az

Qəlyan xidməti göstərən obyekt aşkarlandı - Üç nəfər cərimələndi

Qəlyan xidməti göstərən obyekt aşkarlandı - Üç nəfər cərimələndi

Актуально

2 Sentyabr 2021, 13:06

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəlyan xidməti göstərən obyekt aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilib.

 

Karantin qaydalarının pozulduğu həmin obyektin icarədarı və iki müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı