Modern.az

"YAŞAT"ın Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı AÇIQLANDI

Güncel

2 Sentyabr 2021, 13:42

"YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.

 

Bu barədə Modern.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar Üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 2 300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

 

Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı