Modern.az

Aparılan quruculuq işləri Şuşanın mədəni həyatını bərpa etdi

Aparılan quruculuq işləri Şuşanın mədəni həyatını bərpa etdi

Aktual

3 Sentyabr 2021, 09:00

Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə, zalım düşmənlərin zorakılığına, amansız hücumlarına məruz qalmışdır. Lakin yenilməz qüvvəmiz  ilə həmişə ayağa durmağı bacaran bu xalq həmin amansız hücumlara sinə gərmiş, öz milli mənliyini qoruyub saxlamağı bacarıb.

 

XX əsrin sonu Azərbaycan xalqı üçün faciəli anlar gətirdi. Məkirli düşmən od saçan silahlarla yüzillik arzusunu həyata keçirə bildi. Azərbaycanın başının tacı-gözəlliklər diyarı, cənnət Qarabağı xaincəsinə zəbt etdi.

 

Qarabağ-Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biri, Qarabağ-Vaqif, Nətəvanın, Zakirin, Ə.Haqverdiyevin, Ü.Hacıbəylinin, Bülbülün, və C.Qaryağdıoğlunun vətəni  

 

Sınıq körpü, sərhədi-mülki İran.

Gülüsdanı Basarkeçər, İrəvan,

Qibləsidir Araz çayı, Naxçıvan.

Gündoğanı Arazla Kür qovşağı,

Cavanşirlər dastanıdır Qarabağ.

 

Hər bir xalqın öz qəlb, könül dünyası var. Bu könül dünyasının ağrı acısı, həsrəti-nisgili var. Və nəhayət ruhunu göylərə qaldıran könül musiqisi var. Azərbaycan xalqınında könül musiqisi Qarabağ idi. 30 il bundan öncə qara əllərin parçaladığı vətən torpağı...30 il xalqımız Qarabağ nisgili ilə yaşadı. Qarabağ arzusu fəryad edirdi soydaşlarımızın ürəyində, yuxularında, xəyallarında 1992-ci ilin mayın 8-i günü bir Şuşalı kimi uşaqlığımın cəhənnəmə döndüyü bir gün oldu. Həmin gün xoşbəxt uşaqlıq illərim acınacaqlı köçkünlük həyatı ilə əvəz olunduğu gün idi. Xalqımız ayağa  duracağı intiqam alacağı günü gözləməkdə səbirsizlənirdi. Nəhayət o gün gəlib yetişdi. 27 sentyabr 2020-ci il Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Ali Baş Komandan Möhtərəm Prezidentimiz torpaqlarımızın azad edilməsi üçün müharibə əmri verdi. Necə ki, Ulu Öndər Heydər Əliyev  demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər  inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

 

8 noyabr 2020-ci ildə Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad olundugu gün-“Zəfər günündə” Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin abidəsinin önündə atasının ona olan etimadını doğrultduğunu və onun vəsiyyətini yerinə yetirdiyinin hesabatını verdi.

 

Bu gün möhtərəm prezidentimiz cənab İham Əliyev azad edilən torpaqlarımızın bərpası işlərini sürətlə həyata keçirir. Qarabağda erməni vandalizminin qurbanı olan abidələrin bərpasını təmin edir. Bu yerdə ötən əsrin 70-80-ci illərinə dönmək istəyirəm. Bidiyimiz kimi hansı ki, bu illərdə respublikada rəhbərliyi Heydər Əliyev edirdi. Bilirik ki, Heydər Əliyev dahi bir siyasətçi olmaqla bərabər xalqının, millətinin milli-mənəvi dəyərlərini qoruyub yüksəklərə qaldıran əvəzsiz bir insan idi. O, Azərbaycan Respublikasına rəhbərlik etdiyi dönəmlərdə təmsil etdiyi dövlətin qədim milli –mənəvi, mədəni kökə malik olduğunu hər zaman ön plana çəkirdi. Məhz, onun hakimiyyəti dövründə Azərbaycan Respublikası  bütün dünyada tanındı, hörmət edildi. Bunun bir həqiqət olduğunu dərk edib söyləməkdən ötrü bəzi məqamlara diqqət yetirsək bəs edər. O, ilbə-il ölkədən kənardakı ali təhsil ocaqlarında təhsil almaq istəyən azərbaycanlı gənclərin sayını artırdı. Bir çox ittifaq ölkələrində Azərbaycanın mədəniyyət və ədəbiyyat günlərinin keçirliməsini təşkil etdi. Dahi Nizami Gəncəvinin yubley mərasimlərini keçirməklə bərabər, onun əsərlərinin başqa dillərə tərcüməsi üçün, yazıçılar birliyinə öz tövsiyə və tapşırıqlarını verdi. Dədə Qorqudun külliyyatının hazırlanması məqsədi ilə keçirdiyi müşavirədə göstərdiyi fədəkarlıq hər bir insanı sevindirdi. O, bunu xalqının qədim mədəniyyətə malik olan  bir xalq kimi bütün dünyaya sübut etməyə çalışırdı. Heydər Əliyev  1967-ci ildə Şuşa şəhərinə səfərə gedir, ilk dəfə Vaqifin qəbrini ziyarət edir. Şairin məzarının özünə yaraşmadığını görür. Nəhayət respublikanın rəhbəri olarkən 1977-ci ildə Vaqifin məzari üzərində məqbərə tikilişinə göstəriş veirir.1982-ci ildə qarlı-şaxtalı bir gündə Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin açılışını edir. Həmin vaxt təbiət yurdsevər oğlunu qarşılamaq üçün göydən yerə sanki çiçək qarı yağdırırdı. 30 illik işğaldan sonra nəhayət bu il -2021-ci illin 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını keçirdi. Bu gün Vaqifin bir vaxtlar düşmən tapdağı altında inləyən ruhu rahatlıq tapdı.Vaqifin Poeziya Günlərinin keçirilməsinin bərpası ölkə başçısının mədəniyyətimizə göstərdiyi qayğı və diqqət bizdə hədsiz qürür hissi doğurmaqla yeni-yeni yaradıcılıq nailiyyətləri qazanmağa ruhlandırır.

 

İnsan maddi nemətlərsiz yaşaya bilmədiyi kimi, mənəvi qida olmadan da yaşaya bilməz. Mənəviyyatı güclü, mədəni səviyyəsi yüksək olan xalq hər şeyə qadirdir.

 

Bu gün Azərbyacan Respublikasının  xoşbəxt gələcəyə doğru addımlaması İlham Əliyevin rəhbərliyi ilə davam edir. İnanırıq ki, onun rəhbərliyi altında bayrağımız həmişə yüksəklərdə dalğalanacaq.

 

Çimnaz Əliyeva

Binəqədi rayonu E.Əliyev adina 297 nömrəli 

məktəbin direktor müavini  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı