Modern.az

Beşinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Beşinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Aktual

1 Yanvar 2022, 18:31

Sumqayıt şəhərində xilasedicilər köməksiz vəziyyətdə qalan uşağı xilas ediblər.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub uşağı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı