Modern.az

ADU inşa müsabiqəsi elan edir

ADU inşa müsabiqəsi elan edir

مورد توجه

10 Yanvar 2022, 15:00

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

 

Universitetdən Modern.az-a verilən məlumata görə,  müsabiqəyə azərbaycan, çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

 

Müsabiqə iştirakçılarının işləri mart ayının 1-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.

 

Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və Azərbaycan-Çin dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı