Modern.az

Diplomatik xidmətə qəbul imtahanı üçün qeydiyyat başa çatdı

Diplomatik xidmətə qəbul imtahanı üçün qeydiyyat başa çatdı

Aktual

13 Yanvar 2022, 09:24

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti başa çatıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, qeydiyyat müddəti 13 yanvar saat 09:00-da başa çatıb. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçib.

 

Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı