Modern.az

“Nazarbayevin müraciətini heç kim gözləmirdi” - Qazaxıstanlı jurnalist

“Nazarbayevin müraciətini heç kim gözləmirdi” - Qazaxıstanlı jurnalist

مورد توجه

19 Yanvar 2022, 10:54

Ötən gün Qazaxıstanda iğtişaşlarla əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ləğv olunub. Elə həmin gün Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, nəhayət, üzə çıxaraq, xalqa videomüraciət ünvanlayıb. Ölkəni bürüyən etiraz dalğasından sonra ilk dəfə görünən Nazarbayevin müraciəti gözlənildiyi kimi birmənalı qarşılanmayıb. Bəzi ekspert və analitiklər Elbasının səsləndirdiyi fikirləri müəyyən dairələrə verilmiş gizli mesaj kimi qiymətləndirirlər. 

 

Bəs, Qazaxıstanda bu haqda nə düşünürlər? Xalq Nazarbayevin videomüraciətini necə qarşıladı? 

 

Qazaxıstanlı jurnalist Amangəldi Kurmetuly bu barədə Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, Qazaxıstanda artıq vəziyyət normala qayıdıb:

 

“Bütün bölgələrdə fövqəladə vəziyyət rejimi aradan qaldırılıb. Dünən Nazarbayevin xalqa müraciətini heç kim gözləmirdi. Hər kəsə müraciət edərək bildirdi ki, prezidentə dəstək vermək lazımdır. Təbii ki, xalq bunu gözləmirdi. Həmçinin xalq tərəfindən elə başa düşülürdü ki, dövlətin elit təbəqələri arasında mübahisə var. Nazarbayev dünən bu iddialara da son qoydu. Dövlət rəsmiləri hazırda bildirir ki, xalq tərəfindən Nazarbayevə edilən haqsızlıqlar doğru deyildi. Çünki onun Qazaxıstan üçün etdiyi şeyləri unutmaq olmaz. Xalq tərəfindən də hiss olunur ki, siyasi vəziyyət dəyişib. Bundan sonra Qazaxıstanda vəziyyətin normala qayıdacağını demək olar. Amma hələ də həyatını itirən vətəndaşlarımızın sayı açıqlanmayıb, morqlardan adamların qaçırıldığını demişdilər. Dünən dövlət katibi prezidentə etdiyi açıqlamada dekabrın 20-dən sonra ölkəyə bir qrup terroristin girdiyini bildirib. Bu qrup da dünyaca məşhur terrorçular olub. Amma hələ də hansı qrup olunduğu bilinmir. Demək ki, bu qarşıdurmadan istifadə edən qüvvələr olub. Birinci prezidentin kürəkənləri də işdən çıxarılıb. Qazaxıstan xalqı üçün fond yaradılıb, bu da xalqa dəstək üçündür. Hazırda Qazaxıstanda belə bir mühit var ki,  dövlət Nazarbayevin dövründəki elit qüvvələrə şərt qoyub. "Sizin necə pul qazandığınızı araşdırmayacağıq, amma xalqla paylaşacaqsınız" deyə bir şərt var. Həmin fonda pul köçürənlərin sayı da gündən-günə artır. Xalq bundan razı kimi görünür, hər şey normala dönüb”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı