Modern.az

Baydendən Rusiyaya TƏHDİD: Ukraynaya hücum olarsa...

Baydendən Rusiyaya TƏHDİD: Ukraynaya hücum olarsa...

Aktual

20 Yanvar 2022, 11:35

 “Rusiya Ukraynaya hücum edərsə, ABŞ tərəfindən görmədiyi sanksiyalarla qarşı-qarşıya gələcək”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna ilə Rusiya arasında yaşanan gərginliklə bağlı danışarkən deyib.

 

“Rusiyanın Ukraynaya qarşı hərəkətə keçəcəyini planlaşdırırıq. Putin Ukraynanı işğal edərsə, Polşa və Rumıniyadakı əsgərlərimizin sayını bir daha nəzərdən keçirəcəyik. Rus əsgərləri sərhədi keçib Ukrayna əsgərlərini öldürsələr, biz bura müdaxilə edəcəyik. İndi NATO cəbhəsində bizim tam birliyimiz Putinin nə edəcəyindən və hansı səviyyədə edəcəyindən asılıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı