Modern.az

“Qazaxıstandakı hadisələr bizə ciddi dərs olmalıdır” - Medvedev

“Qazaxıstandakı hadisələr bizə ciddi dərs olmalıdır” - Medvedev

Aktual

28 Yanvar 2022, 12:33

2022-ci il yanvar ayının əvvəlində Qazaxıstanda baş verən hadisələrin Rusiyada təkrarlanması üçün heç bir əsas yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

"Hesab edirəm ki, bizim belə hadisələr üçün heç bir ilkin şərtimiz yoxdur. Birincisi, ona görə ki, ümumilikdə  prezidentin apardığı kursu ölkəmizin vətəndaşları təsdiqləyir. Qanunlar səs verməklə qəbul olunur. Rusiyada istənilən terror fəaliyyətinin təzahürlərinə və ya ümumilikdə hər hansı cinayət hücumlarına cavab verməyə qadir olan effektiv dövlət yaranıb. Qazaxıstanda baş verənlər bizə də ciddi dərs olmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı