Latviya Seyminin deputatı, hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfindən döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə yollanıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri, Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans bildirib.
“Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, - deyən nazirin sözlərinə görə, bu qərarı partiya üzvü yalnız şəxsi və mənəvi motivlər səbəbindən verib.