Modern.az

Almaniyada Xocalı soyqırımı qurbanları anılacaq

Almaniyada Xocalı soyqırımı qurbanları anılacaq

Aktual

23 Fevral 2023, 12:26

Milli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün fevralın 24-də Almaniyanın Berlin şəhərinə səfər edəcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Azərbaycanın Almaniyadakı səfirliyi anım mərasimini Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirməyi nəzərdə tutulur.

 

Tədbirdə Azərbaycan həqiqətləri diqqətə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər fevralın 26-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı