Modern.az

Azərbaycanla Britaniya arasında Saziş imzalandı - FOTO

Azərbaycanla Britaniya arasında Saziş imzalandı - FOTO

Aktual

23 Fevral 2023, 13:26

Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.

 

Modern.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəad Nəbiyev tvitterdə yazıb.

 

"Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşdük.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” imzaladıq. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı