Modern.az

Sağalanların sayı yoluxanları keçdi - Ölən VAR 

Sağalanların sayı yoluxanları keçdi - Ölən VAR 

Aktual

28 Fevral 2023, 19:25

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 828 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 281 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 148 nəfərdir.

 

Son sutka ərzində 2110, hazırkı dövrədək isə 7 524 850 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı