Modern.az

Zəlzələnin Suriyaya vurduğu ziyan açıqlandı

Zəlzələnin Suriyaya vurduğu ziyan açıqlandı

Aktual

4 Mart 2023, 08:34

Fevralda baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

 

Hesabatda dəymiş ziyanın real miqyasını müəyyənləşdirməyin hələ də çətin olduğu qeyd edilib.

 

Dünya Bankının məlumatına görə, dağıntıların 45 faizini (2,3 milyard dollar) təşkil edən Hələb əyaləti, həmçinin İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiya (11 faiz - 549 milyon dollar) daha çox zərər çəkib.

 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı