Modern.az

Sabahın havası: 20 dərəcə isti olacaq

Sabahın havası: 20 dərəcə isti olacaq

Aktual

4 Mart 2023, 13:25

Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı