Modern.az

Bu gün şəhid olan Şəhriyarın FOTOSU

Bu gün şəhid olan Şəhriyarın FOTOSU

Aktual

5 Mart 2023, 22:24

Bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Modern.az xəbər verir ki, baş leytenant Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

 

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

 

Şəhriyar Əlibəyli subay olub. Onun sabah Bakı şəhərində dəfn olunacağı bildirilir.

 

 

Şəhidimiz Tovuzda dəfn ediləcək 
Bu xəbər ilə bağlı
Şəhidimiz Tovuzda dəfn ediləcək 
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı