Hacıqabulda “8 mart - Beynəlxalq Qadınlar günü” Vətən Müharibəsi şəhidlərinin anaları ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, "Qədir-Xum" İstirahət Mərkəzində səmimi hislərlə keçirilən görüşdə şəhid anaları ilə həmsöhbət olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan qadının, o cümlədən Şəhid analarının respublikanın ictimai-siyasi həyatındakı rolundan geniş danışaraq, onları bir daha “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə səmimi qəlbdən təbrik edib.
Görüş zamanı şəhid analarını narahat edən məsələlər bir daha müzakirə edilərək icrası istiqamətində işlərin həyata keçirilməsi üçün qeydlər aparılıb.