Modern.az

Gürcüstanda etirazlar: Avropa İttifaqının bayrağı yandırıldı - VİDEO

Gürcüstanda etirazlar: Avropa İttifaqının bayrağı yandırıldı - VİDEO

مورد توجه

14 Mart 2023, 14:10

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, aksiya iştirakçıları mübahisəli “Xarici agentlər haqqında" qanun layihəsinə dəstək ifadə ediblər.

 

Aksiyaçılar qanun layihəsinə qarşı çıxanları tənqid ediblər. Etiraz aksiyası “Mühafizəkar hərəkat” tərəfindən təşkil edilib. Onlar Gürcüstanda sözügedən qanunla bağlı referendum keçirilməsi tələbini irəli sürüblər.

 

Nümayişçilər, həmçinin LGBT fəallarına qarşı etiraz zamanı mühakimə olunan şəxslərin azad edilməsini, dövlət çevrilişi təşkil etməyə cəhd edən və "Xarici agentlər haqqında" qanuna etirazlar zamanı “Molotov kokteyli” atan şəxslərin cəzalandırılmasını istəyiblər.

 

Aksiyada Rusiyameyilli qruplar Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazlar səbəbindən hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Daha sonra Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı