Modern.az

Deputatın əməliyyat olunduğu xəstəxanadan GÖRÜNTÜLƏR

Deputatın əməliyyat olunduğu xəstəxanadan GÖRÜNTÜLƏR

Aktual

28 Mart 2023, 23:34

Xəbər verdiyimiz kimi, Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanaya aparılıb. Deputat 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

 

Modern.az xəbər verir ki, Milli Məclisin deputatları, Fazil Mustafanın yaxınları və jurnalistlər hazırda xəstəxanadırlar. Əməliyyatdan sonra deputatın son vəziyyəti barədə mediaya açıqlama veriləcəyi bildirilir.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.  

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı