Modern.az

Fazil Mustafa hospitala köçürülüb - YENİLƏNİB

Fazil Mustafa hospitala köçürülüb - YENİLƏNİB

Aktual

29 Mart 2023, 00:39

Deputat Fazil Mustafa cərrahi əməliyyatdan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasından hüquq-mühafizə orqanına məxsus hospitala köçürülüb.

 

Hazırda onun sağlıq durumunun qaydasında olduğu bildirilir.

 

***

Silahlı hücuma məruz qalan deputat Fazil Mustafa əməliyyatdan çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

 

Bildirilib ki, hazırda deputatın vəziyyəti stabildir. 

 

“Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”, - deputatın qardaşı oğlu deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı