Modern.az

Partiyasından Fazil Mustafanın güllələnməsinə REAKSİYA

Partiyasından Fazil Mustafanın güllələnməsinə REAKSİYA

Aktual

29 Mart 2023, 09:04

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa terror aktına məruz qalıb. Onun sədri olduğu partiyadan - Böyük Quruluş Partiyasından (BQP) hadisəyə münasibət bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə BQP-nin başqan müavini Əjdər Əliyev feysbuk səhifəsində paylaşım edib.

 

"BQP başqanı, Millət vəkili Fazil Mustafaya qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar həssaslıq nümayiş etdirən, hadisə yerinə, xəstəxanaya gələn, zəng edərək şəfa diləyən,dualarını əsirgəməyən bütün insanlara Böyük Quruluş Partiyası adından təşəkkürümüzü bildiririk", - deyə Fazil Mustafanın müavini yazıb.

 

Qeyd edək ki, deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Hazırda onun sağlıq durumunun qaydasında olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı