Modern.az

BMT Baş katibinin müavini WUF13-ə belə qiymət verdi

BMT Baş katibinin müavini WUF13-ə belə qiymət verdi

Aktual

Bu gün, 13:42

WUF13 geosiyasi gərginliklər, münaqişələr və qlobal qeyri-sabitlik fonunda mühüm beynəlxalq platforma kimi öz əhəmiyyətini bir daha nümayiş etdirib.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında BMT Baş katibinin müavini Amina J. Mohammed bildirib.

Amina Mohammed vurğulayıb ki, forum davamlı şəhərləşmə və insan məskunlaşması sahəsində BMT-Habitatın əsas qlobal platforması olaraq hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, gəncləri, qadın təşkilatlarını və müxtəlif icmaları bir araya gətirib.

BMT Baş katibinin müavini bildirib ki, mənzil məsələsi yalnız tikinti və infrastruktur deyil, insan ləyaqəti, sosial rifah və dayanıqlı inkişaf məsələsidir:

“Şəhərlər hər kəs üçün işləməlidir. Xüsusilə uşaqlar, qadınlar, gənclər, əlilliyi olan şəxslər, yaşlılar, miqrantlar və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar diqqət mərkəzində olmalıdır”.

O qeyd edib ki, forumda iqlim dəyişikliyi, mənzil böhranı, urbanizasiya, nəqliyyat, enerji, su təminatı və sosial müdafiə kimi istiqamətlər üzrə kompleks yanaşmalar müzakirə olunub:

A.Mohammed onu da əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qərarların yalnız qlobal səviyyədə deyil, yerli icmalar səviyyəsində də həyata keçirilməsi vacibdir:

“Dünyanı mənzillə təmin etməyin və hər bir insana ləyaqətli həyat yaratmağın vaxtıdır”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı