Modern.az

İranın Hörmüz boğazı üçün yeni QAYDALARI

İranın Hörmüz boğazı üçün yeni QAYDALARI

Dünya

21 May 2026, 22:43

"İran Omanla birlikdə Hörmüz boğazı vasitəsilə dəniz hərəkəti üzərində nəzarəti rəsmiləşdirəcək daimi rüsumlar sisteminin yaradılması məsələsini müzakirə edir".

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir", - deyə İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad agentliyə bildirib.

Diplomat boğazdan keçən xarici gəmilərdən rüsum alınmasının iqtisadi tərəfini əsaslandıraraq əlavə edib:

"Bu proses müəyyən xərclər tələb edəcək. Sözsüz ki, bu axından faydalanmaq istəyənlər də həmin xərclərdə öz paylarını ödəməli olacaqlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı