Modern.az

İsveçrədə referendum: əhali 10 milyonu keçməyəcək 

İsveçrədə referendum: əhali 10 milyonu keçməyəcək 

Dünya

Bu gün, 17:29

İsveçrədə iyunun 14-də ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması ilə bağlı referendum keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, təşəbbüs İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülüb. Təklif edilən qanuna əsasən, Alp federasiyasında daimi yaşayan insanların sayı 10 milyonu keçməməlidir.

Sorğular göstərir ki, mənzil çatışmazlığı və infrastruktur üzərində artan yük fonunda ölkə vətəndaşlarının əksəriyyəti referendumda “hə” cavabı verə bilər.

Qeyd edək ki, İsveçrə son illərdə miqrasiya və əhali artımı ilə bağlı məsələlərin geniş müzakirə olunduğu Avropa ölkələrindən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı