Modern.az

Beyləqanda avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Beyləqanda avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə

Bu gün, 00:44

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Beyləqan Daşburun avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə Füzuli rayon Qayıdış qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Quliyev Etibar Müstəcəb oğlu və onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Quliyeva Cəmalə Vaqif qızı və digər avtomobildə olan Beyləqan rayon sakinləri - sürücü 1998-ci il təvəllüdlü Əlifzadə Babək Adil oğlu, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Məmmədova Gülsarə İman qızı və 1972-ci il təvəllüdlü Zalov Əli Yaqub oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

(Qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı