Modern.az

Moskvada erməni filmində çəkilən azərbaycanlı aktyor kimdir?

Moskvada erməni filmində çəkilən azərbaycanlı aktyor kimdir?

Country

24 Yanvar 2011, 13:47

Adı açıqlanmayan artist “Yarıda qalmış nəğmələr” filminin davamına çəkilməkdən imtina edib

Erməni rejisorunun çəkdiyi “Yarıda qalmış nəğmələr” filmində rol almış azərbaycanlı aktyor çəklişdən imtina edib. Bu barədə erməni qəzetləri məlumat veriblər. Adı açıqlanmayan aktyor Moskva teatrlarının birində çalışır və artıq filmin bir çox səhnələrində çəkilib. Lakin Azərbaycanda film barədə mənfi münasibət ortaya çıxdıqdan sonra həmin aktyor çəkilişləri davam etdirməkdən imtina edib.

Qeyd edək ki, ermənilərin çəkdikləri bu film Azərbaycan –erməni münasibətləri barədədir. Rejissor deyib ki, onlar “əsl həqiqəti ortaya qoymaq niyyətindədirlər”. Süjetə görə, hər iki xalqın nümayəndələrinin bir-biri barədə nə düşündükləri əsas xətt olacaq. 

Məlumatlara görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyri-rəsmi olaraq Moskvada çalışan azərbaycanlı sənət adamlarına bu filmin çəkilişində hər hansı bir formada iştirakını qadağan edib.

Film Moskvada yaşayan bir qrup erməni tərəfindən lentə alınır. Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı