Modern.az

Araz Əlizadə Fəzail Ağamalının açlıqlamasından hiddətləndi

Araz Əlizadə Fəzail Ağamalının açlıqlamasından hiddətləndi

Ölkə

6 Oktyabr 2011, 11:10


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Azərbaycan Respublikası Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiyası qanunu” layihəsini müzakirə etdikdən sonra onu parlamentin plenar iclasına tövsiyyə edib
Artıq məlum olub ki, eks-prezidentlər haqqındakı bu qanun indiyədək Azərbaycan prezidenti seçilmiş hər üç şəxsə - Ayaz Mütəllibov, Əbülfəız Elçibəy və Heydər Əliyevə şamil olunacaq.

Amma millət vəkili Fəzail Ağamalı qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə çıxıb. Onun fikrincə, Ayaz Mütəllibov sovet dövründə Azərbaycan SSR-nin prezidenti “seçilmiş” şəxsdir və bu vəzifə də digər vəzifələr kimi Kreml tərəfindən müəyyənləşirdi.
“Söhbət müstəqil Azərbaycandan gedirsə sovet dövrünün nomenklaturasına müstəqil Azərbaycanın eks-prezidenti statusu verilə bilməz. Ona  eks-prezident statusu səlahiyyətinin verilməsi müstəqillik uğrunda minlərlə şəhid verən Azərbaycan xalqına həqarətdir”.

Fəzail Ağamalının bu açıqlaması Ayaz Mütəllibovun həmsədri olduğu Azərbaycan Sosial-Demokrat Partiyasında hiddətlə qarşılanıb. ASDP həmsədri Araz Əlizadə məsələylə bağlı Modern.az-a verdiyi açıqlamasında F.Ağamalının ünvanına çox kəskin ifadələr işlədib və “Fəzail Ağamalının nə həddi var, o kimdir axı belə danışır” deyib. A.Əlizadənin sözlərinə görə, o inanmır ki, sözügedən qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə çıxanların sayı çox olsun.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı