Modern.az

Bu il Neftçilər Xəstəxanasında 613 nəfər ürək əməliyyatı keçirib

Bu il Neftçilər Xəstəxanasında 613 nəfər ürək əməliyyatı keçirib

Ölkə

10 Avqust 2010, 14:44

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Səhiyyə Departamentinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının poliklinika şöbələrinə 2010-cu ilin 6 ayında 272597, tibb məntəqələrinə isə 19232 müraciət edilib.

ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, stasionara qəbul edilən xəstələrdən 3173 nəfəri neft sektorunda, 2228 nəfəri qeyri-neft sektorunda çalışanlar, 155 nəfəri müxtəlif təşkilatlar tərəfindən sığortalananlar olub.

Xəstəxanada 2247 xəstə üzərində 2294 cərrahiyyə əməliyyatı aparılıb ki, bunun da 874-ü neftçi olub. 613 nəfər üzərində ürək əməliyyatı icra olunub. Qeyd edək ki, onlardan 63 nəfəri 17 yaşınadək olan uşaqlardır.

Bundan əlavə, cari ilin birinci yarısında Mərkəzi Neftçilər Xəstəxanasında 5 uğurlu transplantasiya əməliyyatı həyata keçirilib. Əməliyyatların hamısı qara ciyər köçürülməsi ilə bağlı olub və uyğunluq prinsipinə müvafiq surətdə xəstələrə məhz onların qohumları qarşılıqlı razılıq əsasında donorluq edib.

2010-ci ilin 6 ayı ərzində xəstəxananın stasionar şöbələri tərəfindən 5556 xəstə qəbul olunub. Bu müddətdə Xəstəxanın 15 yerlik hemodializ şöbəsində müalicə alan 51 nəfər üzərində 2289 hemodializ seansı keçirilib. 2010-cu ilin 6 ayında xəstəxananın doğum şöbəsində 1229 uşaq dünyaya gəlib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı