Modern.az

Bakıdan 160 uşaq Qubaya yola salındı

Bakıdan 160 uşaq Qubaya yola salındı

Ölkə

16 Avqust 2010, 10:55

Səbail Rayon İcra Hakimiyyətinin aztəminatlı ailələrindən olan yeniyetmələr üçün Quba rayonunda təşkil etdiyi “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin açılışı olacaq.
Modern.az-ın məlumatına görə, bu gün səhər “Sahil bağı”nda Səbail rayon rəhbərliyinin, Daxili Qoşunların nümayəndələrinin və valideynlərin iştirakı ilə yolsalınma mərasimi keçirilib. Quba şəhərinə yola düşməzdən əvvəl yeniyetmələr Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Şagirdlərin istirahəti dövründə onların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri də təşkil olunacaq.
Düşərgədə ödənişsiz istirahətlə yanaşı, uşaqlar üçün hər cür şəraitin yaradılıb.
Səbail Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Quba Rayon İcra Hakimiyyətinin birgə layihəsinə əsasən yaradılmış düşərgə artıq 5-ci ildir təşkil olunur. Bakı Türk Liseyinin Quba filialındakı düşərgədə bu il 160 uşaq istirahət edəcək.
Düşərgəyə yola salınan uşaqlar arasında Azərbaycan Vətən Müharibəsi Veterenlar Birliyi Səbail rayon şöbəsinin üzvlərinin övladları, Səbail RİH-də fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasında qeydiyyatda duran yetkinlik yaşına çatmayan uşaqlar, “SOS-Azərbaycan” uşaq kəndində və 3 saylı Uşaq evində tərbiyə alan yeniyetmələr, Ombudsman Elmira Süleymanovanın təqdimatına əsasən “Uşaqdan-uşağa” sülh şəbəkəsinin nümayəndələri daxil edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı