Modern.az

“Elektron Azərbaycan” üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib

“Elektron Azərbaycan” üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib

Ölkə

19 Avqust 2010, 12:28

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” və  “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar yeni yaradılmış Əlaqələndirmə Şurasının iclası keçirilib.

Modern.az-ın məlumatına görə, nazirliyin rəhbərliyinin və digər müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirak etdiyi iclasda Dövlət Proqramı və Fəaliyyət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələrdə sənədlərin tədbirlər planlarına daxil olan bəndlərin icrasını təmin etmək məqsədilə icraçı təşkilatlar tərəfindən bir ay müddətində konkret bəndlər üzrə icra qrafiklərinin və texniki-iqtisadi əsaslandırılmaların hazırlanması, bəndlərin icrası üçün zəruri vəsaitlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təqdim olunması barədə müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı