Modern.az

Azərbaycan təhsil şəbəkəsinə 500-dən çox təhsil müəssisəsi qoşulub

Azərbaycan təhsil şəbəkəsinə 500-dən çox təhsil müəssisəsi qoşulub

Ölkə

19 Avqust 2010, 12:30
Hazırda Azərbaycan təhsil şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin 500-dən çox təhsil müəssisəsi qoşulub. Təhsil müəssisələrinin 300-ü Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Bu barədə Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəbəkəyə qoşulmaqdan əvvəl hər bir təhsil müəssisəsində kompleks hazırlıq işləri həyata keçirilir. Bura kompüter və proqram təminatının standartlaşdırılması, müəssisə kompüterlərini birləşdirən daxili lokal şəbəkənin qurulması aiddir. Bu işlər bitdikdən sonra isə təhsil müəssisəsinin AZEDUNET şəbəkəsinə qoşulması təmin edilir.

Qeyd edək ki, 2010-cu ilin sonunadək şəbəkəyə daha 500 təhsil müəssisəsinin qoşulması gözlənilir. Ümumilikdə müəssisələr 50-dən çox şəhər və şəhərətrafı qəsəbələri əhatə edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı