Modern.az

Magistraturada boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Magistraturada boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Təhsil

9 Avqust 2010, 17:12

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ərizələrin qəbulu internet vasitəsilə 2010-cu il iyulun 29-dan avqustun 5-dək (saat 09:00-dək) aparılıb.
Modern.az-ın məlumatına görə, müsabiqənin nəticələri avqustun 9-da saat 16:00-da TQDK-nın internet saytında yerləşdirilib.
Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Müsabiqə nəticəsində 257 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

 Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2010-cu il avqustun 11-dən 20-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı