Modern.az

Sərksiyan “Çiçəklənən Ermənistan”ı necə diz çökdürdü?..

Sərksiyan “Çiçəklənən Ermənistan”ı necə diz çökdürdü?..

Təhsil

19 Fevral 2015, 18:15


Ermənistan mətbuatı prezident Serj Sərksiyan və “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan arasında yaşanmış gərginliyin detallarını müəyyən etməyə çalışıb. Modern.az xəbər verir ki, Ermənistanlı jurnalistlər siyasi qalmaqalla bağlı mülahizə xarakterli məqalələr yazırlar. Modern.az həmin məqalələrdən birini ixtisarla təqdim edir.

“4 “isti gün”dən sonra Ermənistanın daxili siyasət həyatı çox güman ki, öz normal axarına qayıdacaq. Dünən axşam “Çiçəklənən Ermənistn” Partiyası 2 bəyanatla çıxış etdi. İlk bəyanat partiya adından verildi və fevralın 20-nə təyin olunan mitinqin ləğv olunduğu anons edildi. İkinci bəyanat isə partiya sədri Qaqik Tsarukyanın adından verilmişdi. Tsarukyan sağlam düşüncə ilə hərəkət etməyin önəmindən bəhs edirdi. Artıq məlumat var ki, Sərkisyan-Tsarukyan barışığı çərçivəsində “Çiçəklənən Ermənistan” Partiyasının sədri deputat mandatından imtina edəcək və siyasət meydanını birdəfəlik tərk edəcək.

Bununla da “Çiçəklənən Ermənistan”- “Respublika” partiyaları arasındakı mini müharibə başa çatdı. Hər şey Serj Sərskiyanın öz partiyasının iclasındakı çıxışı ilə başlamışdı. Gözlənildiyi kimi, iki partiya arasındakı mübarizə “Çiçəklənən Ermənistan”ın kapitulasiyası ilə başa çatdı.

Lakin uzun müddət bu sual təkrarlanacaq: “Nə baş verdi və niyə məhz indi?”.

Bu əsnada hadisələrin planı və xronologiyası önəmlidir. Beləliklə:

5 fevralda “Çiçəklənən Ermənistan” Partiyasının iclası keçirildi. İclasda çıxış edən Tsarukyan yumşaq şəkildə hakimiyyəti hədələdi, sonra öz kürsüsündə yuxuladı, iclasın ortasında isə sadəcə olaraq məkanı tərk etdi.

7 fevralda “Çiçkələnən Ermənistan” Partiyasının fəalı Artak Xaçatryan naməlum şəxslər tərəfindən oğurlandı, bir neçə saat ərzində insanların gözündən uzaq yerdə saatlarla döyüldü.

9-10 fevralda ”Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan Moskvaya uçdu və bəzi görşülər keçirdi. Özünə məxsus saytların hesabına ölkədə hakimiyyət dəyişikliyi üçün Rusiyadan dəstək aldığı təəssüratı yaratmağa çalışdı.

12 fevralda günortadan sonra Ermənistan polisinin inzibati mərkəzini ziyarət edən Tsarukyan polis rəisi Vladimir Qasparyanla görüşdü. Partiya sədri Artak Xaçaturyana xəsarət yetirən şəxslərin tapılmasına yardım edəcək istənilən şəxsə 100 min dollar mükafat vəd etdi.

12 fevralda axşam saatlarında Respublika Partiyasının iclasında Sərksiyan öz müxalifətçi opponentini sərt tənqid etdi.

 13 fevralda Tsarukyanın cavabı dərc olundu.

15 fevralda “Çiçəklənən Ermənistan” Partiyasının üzvlərinə qarşı repressiyalar başladı.

17 fevralda Sərksiyan və Trasukyan arasında görüş keçirildi.

Sərkisyanın Tsarukyan barədə dediklərindsən sonra yaranan ilk sual bu oldu: “Niyə indi?”. Həmin Sərkisyan bu sözləri 6 ay, 2 il, 3 il əvvəl də deyə bilərdi.

Halbuki, mətbuat bu müddətdə Tsarukyanın müxalifət yoluna qədəm qoymasından sonra Serj Sərkisyanın tez-tez onunla görüşməsi və bu yoldan geri dönməyə inandırmağa çalışması barədə yazırdı ( bu barədə Tsarukyanın cavab çıxışında da deyilirdi).

Bəs Sərkisyanın qəzəblənməsinin səbəbi nədir?

Fikir var ki, buna Konstusiya islahatları ilə bağlı yanaşma səbəb olub. Bu islahatlara qarşı çıxanların fikrincə, məsələ təcili deyil.

Digər bir ehtimal isə Tsarukyanın 5 fevral çıxışının Sərskiyanı özündən çıxardığını iddia edir. Lakin bu ehtimala qarşı əks-arqument də var: Tsarukyanın həmin çıxışı bundan əvvəlki çıxışlarından heç nə ilə fərqlənmir.

Daha bir, üçüncü versiya isə bütün qeyd olunan faktorların Sərksiyanı qəzəbləndirdiyini, lakin Artak Xaçatryanın oğurlanmasının bu işdə son damla olduğunu bildirir.

Nəticəsindən asılı olmayaraq baş verənlər Respublika Partiyasının “Çiçəklənən Ermənistan” Partiyasının məğlub etdiyini ortaya qoydu”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı