Modern.az

Həmsədrlər Serj Sərkisyanla görüşüblər

Həmsədrlər Serj Sərkisyanla görüşüblər

Təhsil

9 Sentyabr 2010, 23:33

Bu gün Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasiye (Fransa), İqor Popov (Rusiya) İrəvanda  xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, görüş gedişində vasitəçilər Bakı və Xankəndində apardıqları danışıqlar barədə Nalbandyana məlumat veriblər. Görüşdə münaqişə zonasında  qoşunların təmas xəttində son vaxtlar intensivləşən gərginlik müzakirə  olunub. Tərəflər danışıqların Madrid prinsipləri əsasında davam  etdirilməsi perspektivini müzakirə ediblər.

Nalbandyan görüş zamanı Qarabağdakı separatçıların danışıqlar prosesində iştirakı məsələsini qaldırıb. Onun sözlərinə görə, Dağlıq  Qarabağın separatçılarının bilavasitə danışıqlarda iştirak etməsi problemin həllinə xidmət edə bilər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasiye (Fransa), İqor Povov (Rusiya) Ermənistan prezidenti Serj Sərkisyanla da görüşüblər. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə ATƏT sədrininin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.  Vasitəçilər İrəvana Xankəndindən  gəliblər.

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, həmsədrlər  Bakı və Xankəndində apardıqları danışların nəticələri barədə Serj Sərkisyanı məlumatlandırıblar. Vasitəçilər bir daha münaqişənin istisnaız olaraq dinc vasitələrlə həllinə üstünlük verdiklərini bildirərək qeyd ediblər ki, Azərbaycan və Ermənistan silahlı qvvələrinin təmas xəttində baş verən atəşkəs rejiminin pozulması halları danışıqlar prosesinə mənfi təsir edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı