18 mart 2019, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Dağlar arxasında üç xalq: Nic kəndinin dinc sakinləri...
Dağlar arxasında üç xalq: Nic kəndinin dinc sakinləri...
17.02.2012, 23:41

KİVDF-nin ötənilki müsabiqəsində yer tutmayan (verilməyən) yazı...


Yolumuz Qəbələ rayonundan 40 km aralıda yerləşən qədim tarixə malik Nic kəndinəydi. O kəndə ki, əsrlər boyu müxtəlif dinlərə mənsub insanlar bir yerdə, sülh şəraitində yaşamaqla dünyaya nümunə sayılırlar.
Təkcə Azərbaycanda deyil, dünya miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır.
Qəbələ rayon İcra Hakimiyyətindən öyrəndik ki, Nicin əhalisinin 50%-ni udinlər, 40%-ni azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir.
Nic həm də Azərbaycana gələn turistlərin baş çəkdiyi yaşayış məntəqələrindən biridir. İcra Hakimiyyətində bizə dedilər ki, turistləri təkcə Nicdə mövcud olan tarixi abidələr, təbiət maraqlandırmır, onlar həm də dinlərin qovuşduğu bu tolerant məkanda bir neçə xalqın necə qaynayıb-qarışmasına maraq göstərirlər. Nicə il ərzində təxminən 2500 - 3000 turist gəlir.

2500 illik tarix

Nicin tarixi çox-çox qədimdir. Kəndin əsas sakinləri olan udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvələ aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi  - “Tarixin atası” Herodotun “Tarix” əsərində məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində də Qafqaz Albaniyasına dair məlumatda udinlərdən danışılır. Udinlər qədim Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfasından biridir.
VIII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankaytuklunun “Alban tarixi” əsərində də bu tayfa haqqında məlumat verilib.

Nic bazarı – millətlər bazarı…

Nəhayət gəlib çatdıq dağətəyi ərazidə yerləşən Nicə. Geniş bağlı-bağçalı yaraşıqlı evlərdən, şəxsi həyətlərdən, ucsuz-bucaqsız fındıq bağlarından ibarət olan bu kənd təbii gözəlliyilə göz oxşayır.
Yolumuzu əvvəlcə Nicin ərazi icra nümayəndəliyindən saldıq. Burada öyrəndik ki, kənddə təxminən 6 min nəfərdən bir qədər çox əhali yaşayır. Bunun da 4 min nəfəri udinlər, qalanları isə azərbaycanlılar və ləzgilərdi.
Nicin mərkəzində böyük Daş bazar yerləşir. Bazar günü olmasa da, ora da baş çəkdik. Amma həm satan az idi, həm də alan. Bazarda tanış olduğumuz nicli ağsaqqal İmran Babayev dedi ki, çay daşlarından tikilən bu ticarət mərkəzi çox qədim zamanlaradan fəaliyyət göstərir. İndi bazarda kənd sakinləri istehsal etdikləri məhsulları satışa cıxarırlar. Bura təkcə niclilər deyil, qonşu rayonlardan da gəlib alver edirlər. Bazar günləri bu ticarət mərkəzində azərbaycanlılar udinlərə, udinlər ləzgilərə qarışır, alan kim, satan kim…
İ.Babayev bildirdi ki, vaxtilə Nicə gələn tacirlərin qalması üçün kənddə kicik  karvansara da fəaliyyət göstərib. Hazırda isə həmin karvansara təmir olunub və müəyyən qədər də müasir görünüş verilərək otel kimi fəaliyyət göstərir. Kəndə gələn turistələrin də elə çox hissəsi orada qalır.

"Biz mehriban ailəyik..."

Bazarı tərk edib Nicin mərkəzindəki meydana gəldik. Günorta olduğundan yolda gözə dəyən az idi. Yaxınlıqdakı çayxananın həyətində qoyulmuş stolun arxasında bir neçə yaşlı kişi əyləşib çay içir, söhbətləşirdi. Salamlaşandan sonra gəlişimizin məqsədini anlatdıq, söylədik ki, kənddə yaşayan millətlərin münasibətləri bir jurnalist olaraq bizim üçün çox maraqlıdı.
”Onda uzağa getmə, sən elə axtardığın adamları bir yerdə yaxalamısan, gəl, özün də çaya qonaq ol” - deyə ağsaqllardan biri zarafatla dilləndi. Məlum oldu ki, bir stolun ətrafında əyləşib çay içən bu dörd nəfərdən ikisi udin, biri azərbaycanlı, digəri isə ləzgidir. Doğrudan da çox maraqlı məqamın üstünə çıxmışdıq. Və fürsətdən istifadə edib söhbətə başladıq.
Həmsöhbətimiz Slavik adlı yaşlı udin dedi ki, dinləri və dilləri ayrı olsa da, Nicdə yaşayan  xalqlar bir-birləriylə çox mehriban yola gedir, qaynayıb-qarışıblar.
- Bax görürsənmi, Azərbaycan dilində necə yaxşı danışıram, uşaqlarım da mənim kimi təmiz danışırlar, biz burda mehriban ailəyik, bax beləcə də yaz – deyən Slavik dayının mehribanlığa dair söylədiyini azərbaycanlı Fərhad kişi, ləzgi ağsaqqal Şamil də başları ilə təsdiqləyirdilər:
”Bura çoxmillətli kənddir, udinlər, azərbaycanlılar, ləzgilər bir yerdə yaşayırıq. Allaha şükür, yaxşı da yaşayırıq, ünsyyətimiz də var, pis deyil, bir-birimizin toyuna, yasına da gedirik, lap yaxşı da qonşularıq».

”Bir-birimizə qız verib, qız almışıq...”

Ağsaqallar dedilər ki, bu üç millət arasında mehribançılıq o dərəcəyə çatıb ki, bir-birlərinə hətta qız verib, qız da alıblar.
- Azərbaycanlıların yaxşı bir sözü var: könül sevən göyçək olar. Qohum da olmuşuq – Slavik dayı söhbətə davam edərək dedi, - udinlərlə  azərbaycanlılar, azərbaycanlılarla ləzgilər arasında xeyli qohum ailələr var.. .

Buna ən məşhur nümunə kimi Nic kəndinin icra nümayəndəsi Vidadi Mahmudovun valideynlərini misal göstərdilər. Vidadi müəllimin atası azərbaycanlı, anası isə udindir.

Nicdəki Udin İcmasının rəhbəri Alek Yegeşeviç Danaqari ilə də həmsöhbət olduq. “Əgər gənclər bir-birini bəyənsə, biz buna etiraz etmirik. Azərbaycanlılar, ləzgilər və udinlər arasında münasibətlər normal şəkildədir, insanlar bir-birlərinin xeyir-şər işlərində yaxından iştirak edirlər”-deyən A.Yegeşeviç bildirdi ki, onun dostlarının yarıdan çoxunu azərbaycanlılar təşkil edir. 
Qohumluq münasibətləri ilə yanaşı, Nicdə yaşayan hər üç xalqın ortaq cəhətləri də çoxdur. Uzun illər davam edən qarşılıqlı münasibətlər nəticəsində xalqların bir çox adət- ənənələri qarışıb. Məsələn, udinlərlələ sıx münasibətdə olan azərbaycanlılar yəqin elə sözügedən xalqın təsirinin nəticəsidir ki, ləğv olunmasına baxmayaraq 1 may Zəhmətkeşlər gününü hələ də xüsusi təntənə ilə qeyd edirlər. 

- Bayramlarda bir-birimizin evinə qonaq gedirik, pay aparırıq, Novruz bayramında udin tanışlarımız mütləq bizdə qonaq olur – bunu da bayaq azərbaycanlı həmsöhbətimiz Fərhad dayı söyləmişdi. Sonra da əlavə etmişdi ki, yeri düşəndə işdə-gücdə də bir-birlərinə yardım edirlər, fındıq yığımı zamanı udin, azərbaycanlı, ləzgi ailələrindən bir-birlərinə kömək edənlər az olmur…

Nicin işlək camaatı

Fındıqdan söz düşmüşkən, Qəbələdə ən böyük fındıq bağları elə Nicdədi. Fındıq bağları əhaliyə torpaq islahatından sonra paylanıb. İndi bu sahədən yaxşı gəlir götürənlər var. Məsələn, il yaxşı olsa, bir ağacdan 30-35 kq məhsul götürmək mümkündür.
Nic sakinləri çox işləkdirlər. Fərdi təsərrüfatlarda bostan becərir, tərəvəz əkirlər, satırlar…
Toyuq-cücə, mal-qara, qoyun-quzu, donuz saxlayanlar da çoxdur. Bəlkə də birgə yaşayışın nəticəsidir ki, azərbaycanlılar arasında da donuzçuluqla məşğul olanlar var. Yerli əhali arasında şərabçılıq da xüsusi yer tutur. Şərabı yerli üzüm sortlarından, arağı isə kənddə yetişən cır meyvələrdən çəkirlər. Azərbaycanlılar bu içkiləri yalnız toyda-bayramda, udinlər isə xeyirdə-şərdə istiafdə edirlər.
Niclilər deyirlər ki, Azərbaycanın digər kəndləri ilə müqayisədə onların dolanışığı daha yaxşıdır, başqalarına nisbətən varlı-hallı yaşayırlar.
Nic kəndinin bələdiyyəsi barədə də məlumat maraqlıdır. Kəndin bələdiyyəsində hər üç xalqın nümayəndəsi təmsil olunur: 11 bələdiyyə üzvündən 5-i azərbaycanlı, 4-ü udin, 1-i ləzgi, 1-i də yəhudidir. Bələdiyyə sədri Roman Dallari isə udindir. Nic sakinləri “beynəlmiləl bələdiyyə”nin işindən narazılıq etmirlər…

Bu kəndin həm kilsəsi, həm də məscidi var

Kənddə yerləşən tarixi baxımdan əhəmiyyətli Alban-udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr olunub. 2003-cü ildə dövlət tərəfindən qeydiyatına alınan kilsə təmir olunaraq yenidən qurulub.
İcma rəhərri Alek Yegeşeviş:
“Bu kilsənin fəaliyyət göstərməsi Azərbaycanın tarixi üçün olduqca əhəmiyyətlidir. Ermənilərin sözlərini kəsmək üşün, qoy görsünlər ki, bu kilsələr ermənilərə deyil, albanlara məxsus olub”.
Müsəlmanların ibadəti üçün isə kənddə 2 məscid fəaliyyət göstərir. Məscidlərin hansı tarixdə tikildiyi məlum deyil, məlum olan odur ki, onların qapıları sovetlər dövründə qapalı olub. Ancaq müstəqillikdən sonra yenidən təmir olunaraq inanclı insanların itifadəsinə verilib. İndi bu məscidlərdə ərəb dili, əlifbası və ən əsası Quran oxumaq öyrədilir. Dinlərin qovuşduğu bu kənddə kilsə və məscid yanaşı fəaliyyətdədir.
Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək geniş yayılıb. Lap bizdə olduğu kimi. Bu qurbanlar insanlar üçün müqəddəs sayılan pirlərdə, ocaqlarda  kəsilir. Xiristianlar arasında qurban kəsmək ənənəsinin olmadığını bildirən icma rəhbəri A.Yegeşeviçin sözlərinə görə, bu hadisə kəndə gələn xristian türistlərin də təəccübünə səbəb olur.
Kənddə 3-ü rüs dilində və 2-si Azərbaycan dilində olmaqla 5 məktəb fəaliyyət göstərir.

Hərbi xidmət keçənlər, Qarabağda vuruşanlar və ermənilərin “tarixi bicliyi”…

Nic sakinləri dedilər ki, ləzgi və udin gənclər azərbaycanlı həmyaşıdları kimi necə lazımdırsa, Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Vaxtilə Qarabağ müharibəsində azərbaycanlılarla birgə ermənilərə qarşı vuruşmuş nicli udinlər və ləzgilər də olub. Ermənilərdən söz düşmüşkən, bir zəruru məsəlini qeyd etmək vacibdir.
Sovet dövründə, ondan öncə udinlər ermənilər kimi “-yan” sonluğu ilə qurtaran soyadlar daşıyırdılar. Udin İcmasının rəhbəri Alek Danaqari bildirdi ki, onların emənilərlə heç vaxt bağlılığı olmayıb: “Bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə katolik qoluna məxsusuq”.    
A.Danaqarinin sözlərinə görə, Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub.
”Ermənilər tarixən bizə təziqlər göstəriblər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər”.
Ermənilər Azərbaycanda yaranmış vəziyyətlərdən hər zaman öz xeyirlərinə istifadə etməyə çalışıblar. Təbii ki, udin xalqı da bundan ziyan çəkib. İcma rəhbəri deyir ki, vaxtilə erməni bicliyi sayəsində udin xalqının soyad sonluqları dəyişdirilib “-yan” edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udin xalqının oğlanları hərbi xidmətdən azad edilmişdi.
Alek Yegeşeviç deyir ki, o vaxtlar bəziləri udinləri də ermənilərin sırasına aid edirmiş. “Ancaq sonra yavaş- yavaş aparılan təbliğat işə yaradı”. İndi onların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı problemləri yoxdur: “Artıq soyadları istədiyimiz kimi dəyişə bilmişik. Hazırda udinlərin əksəriyyətinin soyad sonluqları “-ri” ilə qurtarır. “-ov, -yev”lə bitən soyadlar da azlıq təşkil etmir. Udinlər də hazırda azərbaycanlılar kimi hərbi xidmətə gedir”.

Sözlər də qarşıb, adlar da, mətbəx…

Yerli azərbaycanlılar dedilər ki, udinlərin maraqlı dili var. Bu dildə Azərbaycan sözləri də çoxdur. Yenə birgə yaşayışın nəticəsi…
Azərbaycanlılarla udinlərin qaynayıb-qarıması, uzun illərdən bəri bir ailə kimi yaşamalarının nəticəsidir ki, bəzi udinlər artıq öz övladlarına azərbaycanlı adları qoyurlar. Udinlər arasında Elxan, Orxan, Mirvari, Fidan kimi azərbaycanlı adı daşıyan xeyli uşaq, yeniyetmə var.
Azərbaycan xalqı ilə udin xalqının adət-ənənəsi arasında müəyyən oxşarlıq toylarda da özünü göstərir, elə mətbəxdə də. Məsələn, azərbaycanlılar da əziz günlərdə, toylarda  düyüdən aş da bişirirlər, udinlər və ləzgilər də… Azərbaycanlılar da təndirə çörək yapırlar, udinlər də.
Hinduşkadan hazırlanan “fırlama” bu kəndin əsas yeməklərindən hesab olunur. Bu yemək növü kənddə yaşayan azərbaycanlılarla yanaşı, udinlərin də mətbəxində də əsas yer tutur. Ancaq tarix baxımından bu yemək növünün hansı xalqa mənsub olmasını demək çətindir. Çünki tarixən bu kənddə müxtəlif azsaylı xalqlar sıx qarşılıqlı ünsiyyətdə yaşayıb. Bu baxımdan burada yaşayan xalqların yeməkləri və adətlərinin bir qismi bir-birinə qarışıb.
Nicdə yaşayan ləzgilərin bəzi milli yeməkləri azərbaycanlılarda olduğu kimidir, çörəyin Azərbaycanın bəzi yerlərində olduğu kimi lavaş növunə üstünlük verirlər.
Burada yaşayan hər üç xalqın qız və oğlan toyları ayrı-ayrı olur. Udinlərin toy mərasimlərində milli rəqsləri ilə yanaşı, "Yallı", "Uzundərə" kimi Azərbaycan xalq rəqsləri də oynanılır.
Niclilər - həm azərbaycanlılar, həm udinlər, həm də ləzgilər - çox qonaqpərvərdirlər. Bu maraqlı, əsrlər boyu bir neçə millətin mehriban yaşadığı kənddən xoş təəssüratla ayrıldıq…

Sonda bir məsələni də qeyd edək. Azərbaycan hökuməti ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin “Mədəniyyət məkanı” adı ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə işlər aparır. Alqışa layiq təşəbbüsdür…

Əfqan Qafarlı
Bakı – Qəbələ - Bakı

P.S. Yazı keçən il hazırlananda qəzetlərdən birində dərc olunsa da, Modern.az-da yerləşdirilməmişdi


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

Hollandiyada terror: Ölən və yaralananlar var
18.03.2019, 15:58

Hollandiyada terror: Ölən və yaralananlar var

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi
18.03.2019, 15:42

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı
18.03.2019, 15:41

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir
18.03.2019, 15:32

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir

Deputatlar sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər - FOTOLAR
18.03.2019, 15:30

Deputatlar sağlamlıq imkanları məhdud uşaqlara baş çəkiblər - FOTOLAR

Siçanabənzər gəmiricilərə qarşı mübarizə davam etdirilir
18.03.2019, 15:24

Siçanabənzər gəmiricilərə qarşı mübarizə davam etdirilir

Ərdoğan: “İstanbulu Konstantinopola çevirməyə qoymayacağıq”
18.03.2019, 15:23

Ərdoğan: “İstanbulu Konstantinopola çevirməyə qoymayacağıq”

İran ABŞ-ı məhkəməyə vermək istəyir
18.03.2019, 15:19

İran ABŞ-ı məhkəməyə vermək istəyir

İşdən qovulan tibb bacıları məhkəməyə müraciət etməkdən qorxdular - VİDEO   
18.03.2019, 15:14

İşdən qovulan tibb bacıları məhkəməyə müraciət etməkdən qorxdular - VİDEO  

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18.03.2019, 15:13

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Ətrafı sarı rəngdə görən siyasi xəstələr var    
18.03.2019, 15:04

Ətrafı sarı rəngdə görən siyasi xəstələr var  

Dindarlar əfv sərəncamına görə Prezidentə təşəkkür etdilər
18.03.2019, 15:00

Dindarlar əfv sərəncamına görə Prezidentə təşəkkür etdilər

Deputat Prezidentin əfv sərəncamını alqışladı
18.03.2019, 14:49

Deputat Prezidentin əfv sərəncamını alqışladı

ARXİV