Modern.az

Bakıda keçiriləcək Şəhərsalma Forumu ilə bağlı maraqlı statistika

Bakıda keçiriləcək Şəhərsalma Forumu ilə bağlı maraqlı statistika

Aktual

Bu gün, 12:10

Media akreditasiyası və qeydiyyatı paralel şəkildə davam edir. Artıq 800-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı keçirilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” panel sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov deyib. 

“Forumun əsas məkanında - Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək. Burada jurnalistlərin rahat işləməsi üçün bütün zəruri şərait yaradılacaq: iş masaları, stend zonaları, canlı yayım otaqları, mətbuat konfransı zalları və digər texniki imkanlar təmin ediləcək”.

O əlavə edib ki, forum çərçivəsində 17-22 may tarixlərində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri keçiriləcək. 

“Bununla yanaşı, şəhərsalma sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri sayılan Urban Expo təşkil olunacaq. Sərgi təxminən 35 min kvadratmetr ərazini əhatə edəcək.

Tədbirə BMT qurumlarının nümayəndələri, müxtəlif ölkələrin şəhər rəhbərləri, yerli icra strukturları, beynəlxalq media qurumları, şirkətlər, fondlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılacaqlar”.

E.Rəsulov həmçinin vurğulayıb ki, Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi deyil, eyni zamanda peşəkar tədbir təşkilatçılarını ixrac edən ölkə kimi də tanınır.

“Forum dövründə nəqliyyatın hərəkətinin düzgün təşkili məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində müvəqqəti tənzimləmələr tətbiq olunur. Bu tədbirlər həm qonaqların rahat hərəkətini təmin etmək, həm də şəhər sakinlərinin gündəlik hərəkətinə minimum təsir göstərmək məqsədi daşıyır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu