16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Nizami Gəncəvinin Azərbaycan dilində divanı tapılıb - EKSKLÜZİV
Nizami Gəncəvinin Azərbaycan dilində divanı tapılıb - EKSKLÜZİV
09.04.2013, 17:16

Dahi Azərbaycan şairi, XII əsr müsəlman-Şərq intibahının ən görkəmli nümayəndəsi olan Şeyx Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar onun irsinin toplanması və silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bununla yanaşı, şairin həyat və yaradıcılığı ilə bağlı kitablar da yazılmaqdadır. Amma böyük şair barəsində hələ də deyilməyən faktlar çoxdur. Uzun müddətdir ki, onun fars, yoxsa Azərbaycan şairi olması hələ də müzakirə olunmaqdadır. Həqiqət Azərbaycanın tərəfində olsa da, bu məsələyə passiv münasibət hələ ki, İranın lehinə nəticələnir. Qonşu dövlət bütün bəşəriyyətə gərək olan bir dühanı artıq öz adına “rəsmiləşdirir”. Səbəb kimi təkcə Nizaminin fars dilində yazmasını demək absurddur. Çünki XII  əsrin ictimai-siyasi ab-havası, eləcə də elmi-ədəbi əlaqələri bu dildə yazmağa imkan verirdi. Böyük mütəfəkkirlər tərəfindən yazılan hər hansı əsər ümumilikdə Şərq-müsəlman dünyasının məhsulu hesab edilirdi. Şərqin elm dili ərəb, poeziya dili isə fars dili idi. Amma “Xəmsə” ilə dünya mədəniyyətində, bədii-fəlsəfi fikrində dərin iz qoyan Nizami Gəncəvinin Azərbaycan dilində divanının olması da iddia olunur.
Araşdırmamızda nizamişünas-alim, filologiya elmləri doktoru, həmçinin tapılan divanı hazırda latın əlifbasına köçürən Sənan İbrahimov da bizə kömək etdi.

Sirli Misir kitabxanası

Qədim dünyanın mədəni mərkəzlərindən olan Misir eradan əvvəl dünya elminə, mədəniyyətinə, eləcə də düşüncə tarixinə bir çox dəyərli töhfələr verib. Həmçinin Orta əsrlərdə də Misir Ərəb dünyası üçün bu funksiyanı həyata keçirib. Belə ki, Ərəb dünyasının ən böyük kitabxanası olan İsgəndəriyyə kitabxanası özündə Şərqin bir çox elmi incilərini qoruyub saxlayır. Şərq ölkələrinin hər birindən buraya çoxlu sayda kitablar aparılıb. Amma bir Xədəviyyə adlı kitabxana da var ki, o da Misirdə öz zəngin kitab fonduna görə seçilir. Burada türk dilində yazılmış xeyli kitablar var ki, həmin nəşrlər bu gün də öz araşdırmalarını gözləyir.

Modern.az-a verilən məlumata görə, Zəncan Universitetinin professoru, Güney azərbaycanlı alim Hüseyn Türksoy Xədəviyyə kitabxanasında Nizami qovluğunda aşkar etdiyi divanın məhz məşhur Azərbaycan şairi Nizami Gəncəviyə aidliyini irəli sürür. Həmin qovluqda “Nizami” təxəllüsü ilə yazmış 3 şairin adı olsa da, elmi faktlar Azərbaycan dilində olan divanın məhz, Nizami Gəncəviyə aid olduğunu əsaslandırır. Həmin divanı kitab halında çap edərək Bakıya gətirən Hüseyn Türksoy onu Elmlər Akademiyasının Nizami adına ədəbiyyat İnstitutunun alimlərinin müzakirəsinə verir.

Bəs Ədəbiyyat İnstitutu nə etdi?

Ədəbiyyat İnstitutunda akademik Bəkir Nəbiyev və professor Teymur Kərimlinin rəhbərliyi altında komissiya yaradılır. Lakin komissiya bu məsələ ilə bağlı çox erkən nəticəyə gəlir və divanın Xədəviyyədəki qovluqda yer alan digər şair Nizami Qaraxaniyə aid olduğunu bildirilər. Bu haqda həmin komissiyaya çağırılsa da, sonradan ora qatıla bilməyən mətnşünas-alim Sənan İbrahimov daha ətraflı danışdı:

“Komissiya məsələyə çox səthi yanaşdı. Demək olar ki, başdansovdu edib erkən nəticəyə gəldilər. Onların bir mətnşünas çağırmadan bu nəticəyə gəlməsi çox maraqlıdır. İddia etdilər ki, divanda Qaraxaninin şeirləri var. Qaraxani Səfəvilər dövründə yaşamış, özü də saray şairi olmuş birisi idi . Divanın məzmunu ilə Qaraxaninin yaşadığı dövr heç cürə səsləşmir. Belə ki, “Divanda Məhəmməd Cahan Pəhləvan mədh olunub. Bildiyimiz kimi, o Nizami Gəncəvinin müasiri idi. Qaraxani ilə onun heç bir əlaqəsi ola bilməzdi”.

Beləliklə, Azərbaycan elmi və ədəbiyyat tarixi üçün çox vacib olan fakt öz dolğun nəticəsini tapmır. Komissiyanın işindən narazı qalan Hüseyn Türksoy Bakıya gələrək bu barədə kitab nəşr etdirir. Komissiyaya etiraz olaraq bildirir ki, “mən bilmirəm ki, Qaraxani kimdir, ya Nizami Gəncəvi kimdir?”

Divan kimindir?

Azərbaycan dili ərəb əlifbası ilə yazılan divanın həqiqətən də Nizami Gəncəviyə aid olmasına heç bir şübhə yoxdur. Belə ki, əvvəla burada Şeyx Nizami İlyas Yusif oğlu Gəncəvi cümləsi işlənib. Sonrakı əsaslar da tarixi və elmi əsaslardır. Belə ki, divanda Azərbaycan Atabəylər  dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan mədh olunur. 1175-ci ildə hakimiyyətə gələn və dövlətin çiçəklənməsində əsaslı rol oynayan Cahan Pəhləvanın dövründə Təbriz, Gəncə, Naxçıvan kimi şəhərlər xeyli inkişaf edir. O həm də şair və elm adamlarına rəğbəti ilə də seçilirdi. Azərbaycan dilində tapılan divanda Nizami Gəncəvinin onu mədh etməsi daha məntiqə uyğundur. Həm də “Xəmsə”yə daxil olan “Xosrov və Şirin” poemasının Məhəmməd Cahan Pəhləvana həsr olunması və onun orada mədhi fikrimizi daha da əsaslandırır. Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib. Onun Məhəmməd Cahan Pəhləvanı mədh etməsi inandırıcı deyil.
Divanda rast gəlinən digər faktlar da onu Nizami Gəncəvinin adı ilə bağlayır. Belə ki, Nizami Gəncəvi  dövründə yazılan əsərlərdə əsasən Firdovsinin “Şahnamə”sindən, Əhvədinin “Cəmşidin Camı”ndan, digər şəxslər Dara və İsgəndərdən danışmaq ənənə idi. Nizaminin bizə məlum olan başqa əsərlərində, xüsusən “Sirlər xəzinəsi” poemasında buna rast gəlmək olar. Həmçinin divanda da bu şəxslərin adı çəkilir. Amma Qaraxaninin yaşadığı dövrdə Səfəvilər hakimiyyətdə idi. Belə ki, dövlət dili Azərbaycan dili olan ölkədə türkləşmə siyasəti aparılırdı və İran məfhumu olan məsələlərdən danışmaq qeyri-mümkün idi.

Divanı Azərbaycan dilinə köçürən şəxsin açıqlaması

Sənan İbrahimov da bu faktlara öz münasibətini bildirir: “Nizami Gəncəvi öz dövrünün tələbinə uyğun olaraq divanda “Şahnamə”dən də danışır, Cəmşiddən də Daradan da. Qaraxaninin yaşadığı Səfəvilər dövründə bunu etmək qeyri-mümkün idi. Şah İsmayıl Xətai tam olaraq hər şeyi türkləşdirmişdi. O, İrana aid məfhumların işlənməsinin qəti əleyhinə idi. Həmçinin özü də fars dilini bilmirdi. Bu dildə yazan şairlərə də rəğbət bəsləmirdi. Bundan başqa, mən bir mətnşünas kimi divanla işləyərkən tam olaraq ayırd etdim ki, bu, Nizami Gəncəviyə aiddir. Tarixi faktların əsaslandırılması ilə yanaşı mətnşünaslıqda müəllifi müəyyən etmək üçün 8 atribusiya var ki, ondan istifadə etdik. Bu atribusiyalardan biri şairin yaradıcılıq əzmidir. Belə ki, Şeyx Nizaminin digər poemalarında olan ana düşüncələr, ifadə forması burda da var. Sonrakı atribusiya leksik fonda müraciətdir. Yəni şairin ən çox işlətdiyi sözləri aşkarlamaq. Cəmşiddən, “Şahnamə” qəhrəmanlarından və s. bəhs edən cümlələrin divanda olması bunlara əyani sübutdur. Nizami ərəbləri təsvir edərkən həmişə “Çətri siyah” deyib. Yəni “qara çətirli adam”. Bunu onun başqa poemalarında da görə bilərsiniz”.

Anar etiraz elədi...

“Mən bu məsələnin yerdə qalmasını istəmədim. Bu məqsədlə Yazıçılar Birliyinin sədri Anar müəllimə də dedim. Mənimlə razılaşmadı. Dedi ki, rus şərqşünası Kroçkovski deyib ki, “Nizaminin Azərbaycan dilində bircə beytini mənə göstərin deyim ki, sizin şairdir, Azərbaycan şairidir”. Dedim, ay Anar müəllim, Kroçkovski bunu 70 il bundan qabaq deyib. O vaxtdan bu yana xeyli araşdırmalar, tapıntılar ola bilər. İstəyirsinizsə mən sizə o divanın əlyazmasını göstərim...”.

Hələ ki işlər gedir...

Belə ki, soyuq münasibətin ucundan hələ də özünü təsdiqləyə bilməyən bu divan ətrafında müzakirələr davam edir. Şərqşünaslıq İnstitutunun əməkdaşları Sənan İbrahimov və Rəşid Təhməzoğlu divanı transliterasiya etməklə məşğuldurlar.

Modern.az bu mövzuya bir daha qayıdacaq.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Sənan İbrahimov
09.04.2013, 21:46

Azərbaycanca olan divanındakı qəzəl və qəsidələrində Nizaminin yaradıcılıq əzmi, leksikonu, bədii təfəkkürü açıqca özünü büruzə verir. Krımskinin 70 il bundan qabaq dediklərini bayraq etməyə dəyməz. Elm inkişaf edir, yeni tapıntılar olur. Biz artıq azərbaycanca şerlərin tərtibatını tamalayırıq, indi qeyrətli oğullar lazımdır ki, onun geniş tirajla nəşrini həyata keçirib əlimizdə əyani sübut kimi onun azərbaycanlılığından danlışaq. Hərgah bu barədə XV əsrdə Dövlətşah Səmərqəndi özünün "Təskirətül-şüəra" kitabında məlumat vermişdir. Qeyd etmişdir ki, mən Nizaminin iyirmi minlik divanını və türkcə şerlərini görmüşəm. İndi bizim etdiyimiz sadəcə olaraq XV əsr özbək təzkirəçisinin dediklərinin sübutudur.

Rəşad
10.04.2013, 05:36

Senan bey, salam. Bu işde kitabin nesri ucun size yaxindan komeklik gostermek isterdik. Sizinle nece elaqe qura bilerem? Emailim: [email protected]

Namiq Hacıheydərli
10.04.2013, 07:29

Nizami Gəncəvini fars şairidir - deyənlər onun fars deyil, türk, Azərbaycan şairi olduğunu bizdən daha yazxşı bilirlər. Sadəcə, şəxsi maraqlara uygun olmadığından həqiqət etiraf olunmur. Nizami ilə bağlı Həqiqəti etiraf etdirəcək qədər tutarlı faktlar ortaya qoyulmalıdır. Əminəm ki, bu var. Bu tapıntını üzə çıxarmağa çalışan dəyərli millət oğullarına uğurlar diləyir, Var olun!- deyirəm.

Abdurrahman
10.04.2013, 08:00

Çox maraqlıdır. Əgər sizin dediyiniz açıqlamalar qarşısında heç bir əks qrument gətirə bilməyiblərsə, nədən "divan"ın Nizami Gəncəviyə aid olması ilə bağlı dəlillərə etiraz etsinlər?

Qartal
10.04.2013, 09:02

Hörmətli Sənan İbrahimov indi qeyrətli oğullar lazımdır ki, onun geniş tirajla nəşrini həyata keçirək. Ay qardaş, Azərbaycanda Ədəbiyyat institutu var , Yazıçıçlar Birliyi var. Mövzusuzluqdan mətbuatda bir-birilərinə qara yaxmaqla məşğuldular. Nizaminin Azərbaycanlı olmasının isbatı mövzusundan böyük mövzu varmı? Hər iki qurumun kifayət qədər boş dayanan üzvləri var. Ciddi girişsinlər. Müraciət etsinlər məsələn Tale Heydərova. Hansı ki yaxın zamanlarda Azərbaycanın bub günədək məlum olmayan xəritələrini üzə çıxarmışdı. Bu tarixin dönəmini dəyişən məsələlərdi. Kişi işi qoyun ortaya, kişi dəsdəyi alın. Zəif söhbətlərlə yekə işlər mümkün deyil.

Elmin Nuri
10.04.2013, 10:50

Resad bey teklifiniz cox teqdirelayiqdir/ Mumkundurse menimle elaqe saxlayin/ biz birge Senan muellimle danisariq/ cunki o internetden istifade etmir Email- [email protected]

Hidayət
11.04.2013, 16:43

Kroçkovski deyəndə yox idi, indi ki var, sadəcə onu ortaya şıxartmaq və Mayakovski sayağı haykırmak: Alın a, yana-yana qalın a "bu divan Nizaminindir". Kraçkovskilər qoy sübut etsinlər ki, bu əsəri oxuyublar.Rəşad bəy, Emin bəy Sizə canım fəda olsun imkanınız varsa əlinizdən gələni edin. Biz və gələcək nəsl Sizi həmişə yad edəcəkdir.

eloğlu ( sədyar vəzifə)
17.05.2013, 11:30

Senan bey, salam.mən tehrandan yazıram.sizin fikinizlə ortağam(( “Komissiya məsələyə çox səthi yanaşdı. Demək olar ki, başdansovdu edib erkən nəticəyə gəldilər.)) ifadəniz dahada yerli dir. mə xədiviyyə nüxsəsini işləyyb iranda icazəli sortdə çap etirdim. əgər tehran capi sizdə yxdursa onu sizə çatdira bilərəm. mən nizaminin türkcə şeiyrləri üzrə artıq 2 - il çalişib dönyada ilk çapini ərəb alfa-betasında nəşr etdirdim.yorulma qələmdaş deyirm sənə. onu latin xətdindəçap edin.mən divani araşdirdiqda nüsxəni iki nizami dən bildim ( qaramanli və gəncəli nizami) .mən o mühtəşəm əsərin ilk araşdırıcısı kimi sizə yorum deyirəm mənimlə əlaqədə olmaq istəsəniz iliktirun adresimi yaziram. lütfən mənimlə bu barədə əlaqədə olunş yəqin ki günəş bulud arxasinda həməşəlik qalmazş . sayğılarla eloğlu- 17-5-2013-tehran [email protected]

Sədyar Vəzifə( Eloğlu)
12.10.2013, 10:38

Salam və sayğılarla divan nizami artıq azərbaycan da yayılıb ,yaxşı olardı ki xəbərini yazaydınız. sayğılarla: eloğlu- 11-9-2013-tehran

MəmmədMirzə
29.10.2014, 09:43

Yaxşı olardı ki, divandakı şeirlərlən, heç olmasa, bir-ikisini internetlə verəydiniz. Elədə, bu barədə söz söyləmək laha asan olardı.

eloğlu
02.01.2015, 11:56

Hörmətli redaktor sayğı və salamlardan sonar,. bəzi saytlarda oxudum ki ,P.DR T. kərimli müəllim türkiyədə 40 il bundan qabaq çap olan(( divan nizami ))nı oxumuş və onun əsasında AMEA nin yaratdığı komissiya ya ümumi məlumat vermiş!!! ki, Misirdə saxlanilan əlyazma nizami kəncəvi nin deyyl!!! yəqin edirəm ki, T. kərimli müəllim mənim tehranda nəşr etdigim əsəri (DİVAN NİZAMİ GƏNCƏVİ ni )oxumadan onun əleyhinə ümumi məlomat vermiş!!! və mübahisənin yolunu caydırmış dır. nədən belə tehranda nəşr olan divan nizami gəncəvi ni oxumur və gəlir ürkiyyə də çapolan kitabın ehtvasina istinad edərkən Tehranda çap olan kitab barəsində danışır!!! ( bəlkədə mənim tədqiq və nəşr etdigim kitab əsgi əlifbada olduğuna görə çətinlik çəkib) daha təəcüblüür ki, insan oxuyub araşdirmadığı bir əsər barəsində fikir söyləyə! özü də ümum üçün məlumat verə!!! Msir də Xədiviyyə kitabxanasında olan əlyazmada ((Sultan Camal)) adında bir padşah dan söz gedir. lütfən qaramanlı dövrü və ya böyük Nizami Gəncəvidən sonra TURAN_İRAN_ OSMANLI torpaqlarind yaşayıb və padşahlıq edən bir SultanCamal ( Sltan Camaləddin) varsa? T.Kərimli onu nişan versin. tdədqiqlərimdə göstərmişəm ki , Sultan Camal kimdir .əgər T. kərimli müəllim divan nizamidə olan Sultan Camal ı qaramanli dövru nişan versə söz verirəm ki, bundan sonra Ömür buyu tədqiqlərimi dayandıram və əlimə qələm almayam. Tehranda nəşr etdirdigim DİVAN NİZAMİ GƏNCƏVİ də S.40-də o mədh olan Sltan camal barəsində lazimi qədər söz gedidir istərdim həmən mətni birdə gözdən geçirmiş olaq: ( sultan Cəmal (-əldin) Şəhriyar-i növcəvan sultan əmal ol şah kim Xosrov-i ali ələmdir valiy-i vala himəm Belə nəzərə gəlir ki, beytdə adı gələn Sultan Cəmal, Atabəklərin Həmədanda höküm sürən və o sülalənin ədalətli əmirlərindən olan Cəmal-əldin olmuş olsun. Buna görə ki, Nizaminin dövründə o, (Cəmal-əldin Ay Abə) Həmədan əmirliyində hökümət edirdi. Onun haqqında “Rahət-əlsüdur və Ayət-əlsürur” kitabında kifayət qədər mə’lumat vardır. “Cəmal-əldin Ay Abə” və Nizami Gəncəvinin həyatı dövrü yazılan “Rahət-əlsüdur və Ayət-əlsürur”-da belə bir qeyd vardır: "... hәmәdan hakimligindә ’adil padışah, mәlekulümәra”cәmaladdin”ay Aabә "əzim әtabәki İzzәnәsrә..." rahәtәlsәdur vә ayәtolsurur s.40) Bu Atabək Cəmal, Toğrul ibn-i Ərsalanın xas hacibi (dərbar vəziri) imiş (“Rahət-əlsüdur və Ayət-əlsürur”, səhifə 331) həmən qaynaqda qeyd olunur: "... padişah mәlekolomәra"cәlalәddin"aybә ә’zәm әtabәki ki, zamanәnin yeganәsi, dünyanin xoş xislәtlisidir vә әraq әmirliklәrinin qalanida onunidi... hürmətli T.Kərimli müəllim Nizami Gəncəvinin mədh etigi bu Sultan CamaL I Qaramanlı Nizami dövrü tapmasa, lütfən Azərbaycanlılardan üzürlər diləsin. mən onunla bu barədə hər hayanda mümkünsə münazirəyə hazılıqda olduğumu bildirirəm. birdə teymur müəlim yanlış olaraq bildirikı, Tehran da nəşr olan divan üzərə iki nəfər işləmışdir!!! görünür ki, o hətta Tehranda nəşr edilən DİVAN NİZAMİ GƏNCƏVİNİ ni görməmişdir. çün ki, mən tək işləmişəm. və əsər yalniz bir nəfərin tədqiq və araşdirmasıdı və kitabın ilk varağında belə yazılmışdir: DİVAN NİZAMİ GƏNCƏVİ- [yeni tapılan] 1- NİZAMİ GƏNCƏVİ nin AZƏRBAYCANCA TÜRKCƏsində qəsidələri və qəzəlləri 2- 2-QAMANLI NİZAMİ nin TÜRKCƏ və farsca qəzəlləri və şeyirləri 3- ( XEDİVİYYƏ Nüsxəsi Üzərindən) Araşdiran və tərtib edən: SƏDYAR VƏZİFƏ( ELOGLU). qeyd etmək lazimdir ki, əsərə, bu tay alimlərimizdən, professor.dr.H M. Sədiq( tnınmış türkoloq və ədəbiyyat şunas,dr. M. kərimi( ədəbiyyat şunas və islam dövründən bu günə dək 8-cildlik ən mötəbər Azərbaycan ədəbiyyatı tarixinin müəllifi), dr. ismayı Hadi( bu tayda mşhur etimoloq və luğət şunas ) da girişlər və ön sözlər yazmişlar və mənim tədqiqlərimi oxuyub fikrimə ortaq olaraq öz fikirlərini kitabın ilkin bölümündə dərc etdirmişlər(( eləcədə ikinci çapda hörmətli alimlərimiz professor Nizami Xuduyevin geniş araşdırması və doktor Sədiqin ikinci çapa daha da geniş yazdığı tədqiqiatları 100 səhifə giriş olub)) (bax:ikinci çap naşir: Pərdis-i Daniş- tehran- 2014) bir Azərbaycanlı kimi sizdan istərdim ki , bu mübahisənini nəticəsini hər iki tərəf susana dək sizing saytda davam etsin .indi tamm ehtiramlarımla birgə, t. kərimil müəllimi cavab verməyə çağırıram. lütfən mənim EmaİL Adresimi T. kərimli müəllimə Çatdırın və cavabı olarsa, mənə də göndərin. ilkin cavabı alandan sonra başqa dəlillərimi və istinadlarımı da yayacağam. Sultan Camal mövzusuna cavabı olmasa sadəcə üzürlərini (komissiya və xalq dan) gözləyirəm. ta ikinci mözunu sizə göndərəm. indi sözgedən SULTAN CAMALın qəsidə sini oxuyaq : təbriz - eloğlu (sədyar vəzifə) 1-1-2015- SULTAN CAMAL Şükr kim sultan-i gərdun hişmət-i əncüm həşəm izz ilə basdı büsat-i səltənət üzrə qədəm rəzm-i bəhram ilə yunan taxtını fəth eyləyib qəsr-i kixosroda dara kimi tutdu cam-i cəm dürri-i çərx-i cəlal o dürr-i dəryay-i kərəm qami’-i küfr o zilal o cami’-i xülq-i şiyəm aftab-i o’c-i dövlət mah-i bürc-i səltənət mənbə’-i cud o mürüvvət, mə’dən-i lütf o kərəm. şəhriyar-i növcavan, Sultan Cəmal ol ŞAH kim xosrov-i ali əlmdir, vali-i vala himəm xosrova sənsən bu gün ol şah-i sahib ədl o dad kab-i tiğin yer üzündə qoymadı gərd-i sitəm bəhr olub covdun, qəm ilə gövhəri oldu nəsim bar-i ehsanınla ta tutdu fələk püştünü xəm sərvəra beş barmağındandır kifayət cud ilə, aftab o mahtab ilə səhab o kan o yəm çərx-i ə’zəm, xan-i ehsanınla buldu imtila gərçi kim başdan ayağadək vücudidir şikəm! mən necə təşbih edim füshətdə səni aləmə kim sənin işin kərəmdir, aləmin əfsun o dəm sən durarkən kimsəyə layıq deyildir səltənət gün varikən aya laf-i hüsn dəyməz lacərəm qible-i iqbal edərlərdi ayağın toprağın bulsalarda qeysər-i rum ilə kəsray-i əcəm də’vət-i hişmət sənə dəydiginə şahid budur, qazi-i çərx eşiyin toprağına içər qəsəm ol sikəndərsən kim oldu şərq o qərb ona müti’ ol süleymansan kim oldu ins o cin ona həşəm həm cəlal-i qədr ilə, qədrin eşiyidir fələk həm kəmal-i əmn ilə mülkün hərimidir hərəm sidre-i cənnət kimi qədrin məqami müntaha sahət-i səhn-i hərəm kimi hərimin möhtərəm çərx-i gərdun gər tamaşa edə çətrin qübbəsin nilgün şəkli xəcalətdən tutar rəng-i bəqəm lütf ilə ehsanını zikr eydəcək can bülbülü dəmbidəm bu mətlə’i tikrar edib eylər nəğəm: ey ki qapında “bulammı” diyən, “ənva’-i ni’əm” gəlmız ehsanın lisanından cavab, illa nə’əm sevməyənlər zatını bir dərdə olsun mübtəla konların dərdinə olmaya ölümdən qeyri əm düşməninin eyləsin hadis vücudin mümtəni’ ol kim onun zatının vəsfinə lazımdır qidəm zatını bu lütf o cud ilə görən der: məzhəri raziq-i mu’tinni’əmdir, xaliq-i mühyerriməm ey məsihadəm nəsim-i lütfün əssə aləmə yer yüzündə qalmaya dərd o ələm, rənc o sitəm hişmət ilə düşmənin ol dəm öysər sana kim haq qatında bula əhməd hörmətini, bulhəkəm yoluna baş qoymayanalrın hərifidir bala qapına qul olmayanların nədimidir ni’əm kimsə eşitmiş deyil əhdində fəryad o fəğan çəng o bərbətdən məgər kim nale-i zir ilə bəm ədlin əyyamında, ey sultan-i adil dil, həmin zülf-i dilbərdir pərişan, çəşm-i saqidir dijəm sərvəra axır yasağın irirşə bir həddə kim şir o ahu həmdəm olub, sülh edə ze’b o ğənəm xalq-i aləm böylə bula nəzm’ sayəndən, kola mərtə’i, ahu-i çinin bişe-i şir-i əcəm rayının nurinə nisbət xosrova bir zərrədir gün ki tabından cəhanı doldurar hər sübhdəm sinəsində adını çü nəqş öysər, xosröva! xalq içində möhtərəm olsa əcəb olmaz, dirəm xosrova gər əks-i tiğin düşsə umman bəhrinə lə’l kimi dür sədəf içində ola qərq-i dəm afərin eylərləridi görsələrdi zərrini ardəşir o rüstəm o pur-i pəşəng o qosthəm ərməyə qədrin əlini öpməyə dəst-i xiyal gər doquz kürsüsün əflakın qoya təhtülqıdım yaraşar sana xudavənda, bu miqdar ilə kim çənbər-i təblin ola gərdun, günəş tac-i ələm əql azanda eşini ki çərxə nisbət eylədi çıqzınardı çərx ol zövq o səfadan dəmbidəm mində birinin mədhini yazmağa yetməz xosrova bəhr-i hibr olub olursa müddət-i dövran qələm çünkirayin oldu şaha qəhrəmani aləmin olmuya şimdən bəri zülm ilə gərdun müthəmim var umudum haqqa kim haq ilə batil fərq ola (ol ikinin) arasında çünki hökmündür həkəm illər ola kim şəha sə’y ilə etdim costocu dəftər-i aləmdə bulmadım sə’atdən rəqəm bunu buldum çarə kim busə’d ilə olam qərin ola kim feyz ola zatından sə’adət bana həm sənsən ol əhl-i sə’adət kim vücudundan sənin neçə mənim kimilər oldü və olur müğtənəm tərbiyət qılıb günəş derlər ki ki daşı lə’l edər nə günəşdən aşağa sən, nə daşdan mən də kəm olmoşam şaha hiqarət torpağında payimal məni torpaqdan götür, çün sən günəşsən, mən də nəm başımı əyyirir izz o cah ilə mənim yə’ni kim qapında kəmtər qullarına eylə zəm arifə bir hərf bəsdir dedilər əhl-i kəmal şah çü arifdir nə hacət kim sözü tətvil edəm necə kim zövq o ələmdir həmdəm-i şadi o qəm necə kim şadi o qəmdir mucib-i zövq o ələm həmdəm olsun xosruva dayim sənə və düşmana sənə şadi ilə zövq o düşmana dərd ilə qəm əskik olmasın cahan içində zatın izz ilə (artırılsın) dövlətin sa’at bə sa’at dəmbidəm. ( divan nizami gəncəvi_ birinci çap Tehran, əndişeyi no . s.40) təbriz - eloğlu (sədyar vəzifə) 1-1-2015)

eloğlu
07.01.2015, 10:34

salam. lütfən teymur kərimli müəllimi yoxarıda gedən mətnin möhtəvasindan xəbər siz qoymayın. bəlkə internetlə o qədərdə məşğul deyil.( mənim kimi! ) o, yuxarıdaki mətni oxumalıdır.bir dən xəbərsiz qalar və oxucularınız isə onda başqa cür düşünərlər. sayğılarla : eloğlu - 7/1/2015 - təbriz

quzeyli eloğu QAM-ATA
05.09.2015, 10:54

əziz güneyli eloğu.... sən nə qədər də sadəlövsən. sənin tapıntına müxalif olan o 3 zadın heç biri türk deyil

Sahib
05.09.2015, 18:31

Əziz və hörmətli müəllif, əlyazmanı tərcümə edənlər və ümumiyyətlə bu çətin və eyni zamanda şərəfli işin üzərində çalışan bütün insanlar. Allah köməyiniz olsun. Yorulmayasınız. İnşallah ümüdimiz var ki dünyaya dahi Nizaminin Azərbaycan şairi olduğunu sübut edəcəyik.

Mete Tümənoğlu
05.09.2015, 20:51

Sizə uğurlar arzulayıram !

Bəxtiyar Tuncay
06.09.2015, 20:04

Bu məsələyə türkiyəli alimləri də cəlb etmək lazımdır. Ədəbiyyat İnstitutundan nə isə gözləməyin. Ocaq Necat orada güclü bir cəsus şəbəkəsi yaradıb. İnstitutun işinə istədiyi müdaxiləni edir. Nə qədər ki, onun hökmü keçir,həmin İnstitutdan müsbət nəticənin gələcəyinə inanmıram.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Tbilisidəki partlayışda 3 nəfər öldü
16.01.2019, 22:19

Tbilisidəki partlayışda 3 nəfər öldü

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ
16.01.2019, 16:26

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   
16.01.2019, 16:18

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16.01.2019, 16:17

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 
16.01.2019, 16:13

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16.01.2019, 16:09

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16.01.2019, 16:03

“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

ARXİV