Modern.az

Əli İnsanov apellyasiya şikayəti verdi

Əli İnsanov apellyasiya şikayəti verdi

Aktual

14 Oktyabr 2016, 10:35

Qaradağ Rayon Məhkəməsinin sabiq səhiyyə naziri Əli İnsanov barədə çıxardığı hökmdən apelyasiya şikayəti verilib.

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Toğrul Babayevin verdiyi  məlumatda bildirilib.

Müvəkkili ilə oktyabrın 14-də görüşdüyünü deyən T.Babayev sabiq nazirin ümumi vəziyyətinin normal olduğunu bildirib. “Səhhətində də heç bir problem yoxdur. Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib".

 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok