Modern.az

Azərbaycanda polkovnik vəfat edib

Azərbaycanda polkovnik vəfat edib

Allah rəhmət eləsi̇n

1 Mart 2017, 11:53

Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı”, istefada olan polkovnik Əliyev Adil Ömər oğlu uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 28-də 74 yaşında vəfat edib.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, polkovnik A. Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

 

Sovet Ordusunda xidmət keçib.

 

Polkovnik A.Əliyev 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək Azərbaycan Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok