14 dekabr 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - 1-ci sinifdən yanaşı addımlayan məşhur CÜTLÜK - Anarın akademik xanımı 80-i tamamladı  
1-ci sinifdən yanaşı addımlayan məşhur CÜTLÜK - Anarın akademik xanımı 80-i tamamladı  
11.06.2017, 11:35

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xanımı, əməkdar incəsənət xadimi, müsiqişünas alim Zemfira Səfərova 80 yaşını tamam edib.

Modern.az-ın məlumatına görə, iyun ayının 10-da musiqi mənbəşünaslığının banisi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Yusif qızı Səfərova 80 yaşını qeyd edib.

Zemfira Səfərova 1937-ci il iyunun 10-da Kislovodskda ziyalı ailəsində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1962-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayan alim kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1980-ci ildən institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.

 O, 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyaları müdafiə edib, 1998-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Akademik Z.Səfərova 250-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert  şurasının sədridir.

Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək  qiymətləndirilib. O, 1989-cu ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb. Həmçinin AMEA-nın Üzeyir Hacıbəyli adına, “Humay”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” və s. nüfuzlu mükafatları ilə təltif edilib.

Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Anar və Zemfira xanım 1-ci sinifdən 10-cu sinifə qədər bir yerdə oxuyublar.


Zemfira xanım müsahibələrinin birində Anarın evlənmək təklifini 10-ci sinfi bitirəndə etdiyini deyib:


“Bu, həmin il idi, o vaxt biz məktəbi bitirdik. Mən qızıl medal almağa namizəd idim və gözlənilmədən onu mənə vermədilər. Bu hala o qədər pərişan oldum ki, hətta Anarın təklifi məni sevindirmirdi...

... Dedim ki, fikirləşərəm. 3 gün sonra razılıq verdim...

... Amma bizim üçün təhsili başa çatdırmaq, təhsil almaq vacib idi, ona görə də orta məktəbi bitirəndən sonra 7 müddətindən tez evlənmək haqqında düşünmədik".


1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira xanım Konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub. 

Cütlüyün iki övladı var – Azərbaycanın Misir Ərəb Respublikasına fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev və yazıçı-publisist Günel Anarqızı...

2013-cü il yanvarın 27-də evliliklərinin 50 illiyini – “qızıl toyu” xüsusi mərasimlə qeyd ediblər.


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan neftin qiymətinə dair PROQNOZ
14.12.2017, 13:55

ABŞ-dan neftin qiymətinə dair PROQNOZ

Qripdən ildə 646 minədək adam ölür
14.12.2017, 13:52

Qripdən ildə 646 minədək adam ölür

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"
14.12.2017, 13:51

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb
14.12.2017, 13:47

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  
14.12.2017, 13:41

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu
14.12.2017, 13:36

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB   
14.12.2017, 13:32

İlham Əliyev: Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB  

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı   
14.12.2017, 13:05

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı  

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 
14.12.2017, 13:03

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 

14.12.2017, 13:02

"Əli və Nino" Zaqrebdə təqdim olundu

Saakaşvili Ukraynada qalmaq niyyətindədir
14.12.2017, 13:01

Saakaşvili Ukraynada qalmaq niyyətindədir

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  
14.12.2017, 13:00

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub
14.12.2017, 12:53

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
14.12.2017, 12:48

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat
14.12.2017, 12:47

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat

Sabahın hava PROQNOZU
14.12.2017, 12:47

Sabahın hava PROQNOZU

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb
14.12.2017, 12:44

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur
14.12.2017, 12:36

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
14.12.2017, 12:31

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ   
14.12.2017, 12:27

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ  

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı
14.12.2017, 12:21

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  
14.12.2017, 12:17

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  

Müsavat başqanının müavini istefa verib
14.12.2017, 12:08

Müsavat başqanının müavini istefa verib

Azərbaycan hərbçisi şəhid oldu   
14.12.2017, 12:05

Azərbaycan hərbçisi şəhid oldu  

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi
14.12.2017, 11:53

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Azərbaycanda 950 qramlıq uşaq doğuldu
14.12.2017, 11:52

Azərbaycanda 950 qramlıq uşaq doğuldu

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ   
14.12.2017, 11:43

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ  

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  
14.12.2017, 11:38

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  

Dünya əhalisinin yarısı tibbi xidmət görmür
14.12.2017, 11:36

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Yol polisi qəza törətdi
14.12.2017, 11:30

Yol polisi qəza törətdi

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
14.12.2017, 11:24

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Uçuş aparatları vergidən azad olunur
14.12.2017, 11:15

Uçuş aparatları vergidən azad olunur

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq
14.12.2017, 11:00

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq
14.12.2017, 10:57

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB
14.12.2017, 10:55

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.05%)
Araz Ağalarov (18.2%)
Mübariz Mənsimov (22.4%)
Fərhad Əhmədov(18.9%)
Füzuli Məmmədov(37.5%)
Telman İsmayılov (0.17%)
İsgəndər Xəlilov(0.11%)
Vaqif Məmişov(0%)
Heç biri(1.67%)
Digərləri(0.71%)