Modern.az

Azərbaycanlı model ərəb şeyxinin qızının evlilik təklifini rədd etdi

Azərbaycanlı model ərəb şeyxinin qızının evlilik təklifini rədd etdi

24 Oktyabr 2018, 11:31
Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.
 
Modern.az xəbər verir ki, musavat.com-a açıqlama verən model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:
 
"Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".
 
Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov "Mister Azerbaijan 2017" müsabiqəsinin də qalibidir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi