Modern.az

Komitə sədri dotasiyaları azaltmağı təklif etdi

Komitə sədri dotasiyaları azaltmağı təklif etdi

14 Noyabr 2018, 12:51

“Mən bəzi deputatlardan fərqli olaraq dövlət büdcəsindən heç bir sahəyə əlavə vəsaitin artırılması haqqında danışmayacam, ayrılan vəsaitin daha səmərəli istifadəsi barədə danışacam”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat subvensiya ayrılıb.

“Dotasiya elə bir şeydir ki, ayrılır neynirsən elə. Heç onun hesabatı da yoxdur. Amma subvensiya konkret layihələrlə əlaqədardır. Bu baxımdan subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın”.

Komitə sədri hesab edir ki, eyni zamanda dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəldilsin.

“Əslində hazırda bir çox bələdiyyələrin DSMF-yə olan borclarına görə, onların hesabları bağlıdır. Dotasiyanın hesabına bu məsələ həll olunsa, hesab edirəm ki, həm DSMF-nin büdcəsi artar, həm də bələdiyyələrin fəaliyyətində dönüş yaranar”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir