Modern.az

Ermənistanın Rusiya ilə yeganə yolu bağlandı

Ermənistanın Rusiya ilə yeganə yolu bağlandı

Dünya

Bu gün, 10:48

Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti müvəqqəti dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepançminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Buna səbəb qar yağması və havanın temperaturunun aşağı düşməsidir.

Qeyd edək ki, hazırda “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçən yol Gürcüstan ərazisindən keçməklə Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyətdə olan quru marşrutudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskiyə dostlarından ağır zərbə - Torpaqları ala bilməyəcəksən!