Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı çıxıb
Çağdaş udmurt ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir.
Modern.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mət...