Ukrayna Ali Radanın deputatı və keçmiş baş nazir Yuliya Timoşenko nənə olub.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qadın siyasətçinin qızı Yevgeniya qız övlad dünyaya gətirib.
“İndicə danışdılar. Timoşenko nənə olub. Kiyevdə 3,2 kiloqramlıq qız nəvəsi doğulub”- deyə ukraynalı politoloq Boris Çerepnyuk öz şəxsi səhifəsində yazıb.
Yevgeniya Timoşenko Artur Çeçotkinlə evlidir.
Buna qədər isə o, 7 il ərzində britaniyalı biznesmen Şon Karla evli olub.
Vüqar İsmayılov