Modern.az

Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

4 May 2024, 17:31

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astarada yağış, Şahdağda sulu qar yağıb.


Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.


Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi