Türkiyədə vətəndaşların müddətli həqiqi hərbi xidmət keçməsi qaydalarına dəyişiklik edilə bilər.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, ölkədəki dövlət çevrilişi cəhdindən sonra silahlı qüvvələrdə məcburi hərbi xidmət keçmənin müddəti azaldılacaq.
Məlumatda, Türkiyədə Jandarma Baş Komandanlığının hərbçilərinin sayının azaldılacağı, hərbi liseylərin bağlanacağı, Milli Müdafiə Nazirlyinin tamamilə mülki şəxslərdən ibarət olacağı və Türkiyə Silahlı Qüvvələrindən (TSK) Baş Qərargahından başqa bir binaya köçürüləcəyi deyilib.
Ağa AKİFOĞLU